İmişli Rayon İcra Hakimiyyəti məhkəməyə verildi - SƏBƏB
“Tural-Ş” MMC İmişli Rayon İcra Hakimiyyətini məhkəməyə verib. Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Şirvan İnzibati Məhkəməsinə müraciət edib.
Belə ki, “Tural-Ş” torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Fehruz Abbasovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Tarix: 2-06-2022, 09:28