Babası "vətən xaini" çıxardılan kollec direktorundan arın-arxayın REAKSİYA - "KÖHNƏ NAĞILDIR..."


"Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov fərariliyə görə 3 il 6 ay həbs olunaraq məhkumluq həyatı yaşayıb. Belə ki, İrşad Abbasov həqiqi hərbi xidmətə çağrılıb evinə gələn çağrış vərəqinə imza ataraq qəbul edib. Ancaq hərbi xidmətə getməyib və qaçıb gizlənib. Buna görə axtarışa verilərək sonradan tapılıb, həbs də edilib. Fərariliyə görə, İrşad Abbasovun dosyesində 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası (məhkumluq) da yer alıb".
Bu sözləri Demokratik.Az saytına müraciətində Ucar rayonu Qulabənd kənd sakini İsmayılov Şövqi İsmayıl oğlu bildirib. Şikayətçinin bildirdiyinə görə, həmçinin əslən ermənistanlı olan İrşad Abbasovun babası daşnaksütyun partiyasının üzvü olub. SSRİ vaxtı digər azərbaycanılıarı həmin partiyaya üzv olmağa çağırıb, hətda təhrik edib. Sonradan İrşadın daşnakstuyunun üzvü olan babası naməlum şəkildə intihar edib.

Şövqi İsmayılov deyir ki, İrşad Abbasov savadsız olduğu üçün Azərbaycanda ali məktəbə daxil ola bilməyib. Uzun müddət Rusiya və Belarusiya bazarlarında pomidor-xiyar alveri ilə məşğul olub. Sonradan Özbəkstandan pulla diplom alıb ki, guya orada ali məktəbi oxuyub.
Elə bu səbəbdəndir ki, bu fərari, saxta diplomlu savadsız, babası vətən xaini olan İrşad Abbasov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədrisin keyfiyyətinə yox, bazar üsulu ilə idarəetməyə rəvac verir.

Şikayətçi iddia edir ki, bu kollecdə istəyir yaxşı oxudun, istər pis oxudun istərsə də dərsə gəlib-gəlmədin fərq etmir pul verməlisən. Əks halda tələbə məktəbdən qovulacaq. Əyani şöbədə davamiyyət çox aşağıdır. Səbəbi isə adı dərsdə özü isə pul verib kollecə gəlməyən çoxlu sayda tələbələr var. Onlar bir ay üçün İrşad Abbasova müəyyən məbləğdə pul verirlər. Şikayətçi üzülərək iddia edir ki, yarandığı gündən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində indiyə qədər belə açıq-aşkar rüşvətxorluq olmayıb. Burada övladı oxuyan valideyinlər İrşad Abbasovun soyğunçuluğu ilə üzləşib müflis olurlar.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasovun korrupsiya əməlləri barədə edilən şikayətlər isə heç bir nəticə vermir. Çünki İrşad Abbasovun oğlu Orxan Abbasov Təhsil Nazirliyində məsul vəzifədə işləyir. Orxan Abbasov bütün gücü ilə saxta diplomlu fərari atasının korrupsiya əməllərinin üstü ört-basdır edə bilir. Hətda İrşad Abbasov kollecdə danışır ki, mənim oğlum Orxanla Təhsil Naziri Emin Əmrullayev hesablaşır.

Ucar sakini Bütün fəliyyəti nöqsanlı olan İrşad Abbasovun Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsindən kənarlaşdırılmalı barədə qanuni tədbirlər görülməsini istəyir.

Yazılan ittihamlarla əlaqədar İrşad Abbasovla əlaqə yaratdıq. Vatsap-a cavabında İrşad Abbasov görün nə yazdı: "Bu göhnə nağıldı təzə nə var mən oadamı məhlə əyə vermək üçün hazırla görürəm".

Fikrini bir cümlədə belə düzgün ifadə edə, hər sözünü hərf səhvi olmadan yaza bilməyən adamın hansı savadla kollec direktoru ola bilməsi doğrudan da ikrah doğurur.

Demokratik.Az

Tarix: 3-06-2022, 08:59
Xəbəri paylaş





Xəbər lenti