Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik etdi
İyunun 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 647 nəfər şagird XI sinfi, 899 nəfər şagird isə IX sinfi bitirir.Son zəng tədbirlərində Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar, məktəb kollektivləri, valdeyinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tərtər şəhər 1 saylı, 5 saylı, 6 saylı tam orta məktəblərdə və 2 saylı məktəb-liseydə təşkil olunan son zəng tədbirlərinə qatılan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə tədbir iştirakçılarını salamladı. Müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı, gələcək işlərində uğurlar dilədi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərdiklərini bildirdi. Rayonumuzda təhsil sahəsində əldə edilən uğurlardan və görülən işlərdən ətraflı danışdı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunduğunu, şəhidlərin qanını yerdə qalmadığını qeyd etdi, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətindən danışdı. Çıxışının sonunda rayon rəhbəri bir daha məzunları təbrik edərək gələcək həyatlarında uğurlar arzuladı.
Tədbirdə çıxış edən müəllimlər və məzunlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Tarix: 14-06-2022, 14:20