Vasif Talıbov mədəniyyətə də girişib... - NARAZILIQ VAR!
“Məni Naxçıvan MR Mədəniyyət Nazirliyinin “cərimə batalyonu”na göndərmişdilər. Gördüm, sıxılıram, ərizəmi yazıb işdən çıxdım”. Siam.az xəbər verir ki, Azərbaycanın xalq artisti Həsən Ağasoy Ovqat.com-a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, Azərbaycan Mədəniyyət naziri Anar Kərimov Naxçıvana səfər edərkən xalq artistinin vəziyyəti ilə maraqlanmayıb.
Həsən Ağasoy onu da vurğulayıb ki, Naxçıvan hakimiyyəti guya öz aləmində Milli Dram Teatrı təmir edib. Amma divara gəci elə vurublar ki, teatrın akustikası pozulub. İndi aktyorun səhnədə dediyini tamaşaçı eşidə bilmir. “Bu da onların öz düşüncələridir. İstədikləri kimi teatrı bəzəyirlər, bildiklərini edirlər, heç kimə qulaq asmırlar. Çox təəssüf edirəm ki, bütün bunlar baş verir. Təmirdən sonra teatrı gətirib bu günə saldılar. Heyf, çox heyf!”
Naxçıvan Muxtar Respublika rəhbərliyinin onun barəsində düzgün olmayan qərar verdiyini vurğulayan Həsən Ağasoy başına gətirilənləri sənət adamına qarşı represiya kimi qiymətləndirib. Muxtar Respublika hakimiyyətindən iki tələbinin olduğunu vurğulayan xalq artisti həmin tələbləri belə sıralayıb: “Əvvəla, səhvə yol verdiklərini etiraf etsinlər. İkincisi, mənə dəyən maddi və mənəvi zərəri ödəsinlər”.
Həsən Ağasoy Naxçıvan hakimiyyətinin ona qarşı niyə bu qədər ədalətsizlik etdiyini anlaya bilmədiyini vurğulayıb: “İçimdə həmişə bir sual doğur: bunlar niyə bu qədər ədalətsizlik edirlər? Bunların görəsən Allahdan qorxusu yoxdur? Axı bu qədər olmaz ey, bilirsinizmi? İndi siz zənginsiniz, millət kasıbdır deyə bizi əzməlisiniz, öldürməlisiniz? Bu nə cür dövlətdir, bu nə cür quruluşdur?”
Siam.az Həsən Ağasoyun Ovqat.com-a müsahibəsini yayınlayır: