Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qaynaq kəndində şəhid Surxayzadə Cahangir Hətəm oğlunun, Məhərzadə Taleh Oqtay oğlunun və mülki şəhid Məmmədov Həsən Asif oğlunun ailələri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır.
Qeyd edək ki, şəhid Surxayzadə Cahangir 1996-cı il iyun ayının 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri kimi Vətən müharibəsində Füzulinin və Şuşanın azadlığı uğrunda döyüşüb. O, 2020-cil
noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cahangir Surxayzadə ölümündən sonra
"Vətən uğrunda",
"Şuşanın azad olunmasına görə" və
"Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Məhərzadə Taleh Oqtay oğlu 1995-ci ilin dekabr ayının 10-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
O, müddətdən artıq hərbi qulluqçu kimi
Vətən müharibəsidə 2020-ci ilin sentyabr ayının 28-də
Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Taleh Məhərzadə ölümündən sonra
"Vətən uğrunda" və
"Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Mülki şəhid Məmmədov Həsən Asif oğlu 1981-ci ilin fevral ayının 1-də Tərtər rayonunun Qaynaq kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 6 oktyabr 2020-ci il tarixdə Azad Qaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Həsənin özündən sonra 3 övladı yadigar qalıb.
Şəhid valideynləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını
bildiriblər.
Tarix: 25-06-2022, 09:10