Rayon rəhbərinin Qaynaq kəndində səyyar qəbul görüşü olub



 
Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmodovun rayonun Qaynaq kəndində səyyar qəbul-görüşü keçirilib. Görüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən kəndin Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzərək, onları ehtiramla yad ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı   bildirib ki, “Covid-19” pandemiyası ilə bağlı yerlərdə səyyar-qəbulların keçirilməsi də təxirə salınmışdı. 2022-ci ilin mart ayından artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da icra başçısının yerlərdə səyyar qəbul-görüşləri mütəmadi şəkildə həyata keçirilir, vətəndaşların müraciətləri yerində dinlənilir və həll olur.
Sonra rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən danışıb. Qeyd olunub ki, Vətən müharibəsi dövründə sakinlər düşmənin atdığı mərmilər nəticəsində evlərinin dağılmasına baxmayaraq kəndi tərk etməyib, yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdiriblər. İcra başçısı şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğını da vurğulayıb.
Sonra o, Rəqəmsal icra hakimiyyətinin Portalı barədə də sakinlərə məlumat verib, vətəndaşlara vaxt itkisinə yol vermədən rastlaşdıqları çətinliklər, problemlər barədə portal vasitəs ilə müraciət etməyi tovsiyə edib.
İcra başçısı erkən nikahla bağlı məsələlərdən də danışıb, pedaqoji kollektivlərə, əlaqədar qurumlara yerlərdə valideynlərlə görüşüb, fədi söhbətlər aparılmasını, rayon Polis şöbəsi ilə birlikdə maarifləndirmə tədbirləri keçirməyi tapşırıb.
Rayon rəhbəri Qaynaq kəndinin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Qeyd olunub ki, Qaynaq kənd İnzibati Ərazi Dairəsinin 1203  hektar ərazisi, 461 təsərrüfatı, 1921 nəfər əhalisi, 804 hektar pay torpağı var. Ərazidə 1 ümumi orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 2 iaşə, 7 məişət obyekti, 1 poçt, 1 ATS fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 130 hektarda buğda, 115 hektarda arpa, 326  hektarda yonca, 225 hektarda pambıq əkiblər.Onlar 1250 baş iribuynuzlu, 1320 baş xırdabuynuzlu, 9510 baş ev quşları saxlayırlar.
Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunurlar.ayon rəhbəri kənddə görülmüş işlərdən də danışıb. Bildirib ki, Tərtər-Qaynaq-Hüsənli yoluna asfalt salınıb, kəndarası yolun 6,5 km-i təmir olunub. 
Sonra vətəndaşların müraciətləri dinlənilib.
Sakinlərdən kənd sakini Elşad Çərkəzov özünüməşğulluq problemlərinin həll olunması, Şahin Cavadov Vətən müharibəsində evinə dəymiş ziyanın aradan qaldırılması üçün şirkətin cuzi təmir işləri apardığını, Etibar Hüseynov 2016-cı il aprel döyüşlərində bibisinin məzar daşına dəymiş ziyanla bağlı, mülki şəhid anası xanım Məmmədova oğlunun hansısa medalla təltif olunması, şəhid atası Oktay Nəbiyev  əkin sahələrinə qoyulan vergi ilə bağlı  və digər məsələlər barədə müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, bəziləri barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Sakinlər onlara   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Tarix: 25-06-2022, 10:10
Xəbəri paylaş





Xəbər lenti