Sabirabadda çətənə bitkisi yetişdirən şəxslər saxlanılıb
Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxslər saxlanılıblar.Araşdırmalarla onların rayonun Əsədli kənd sakini Ramil Qurbanov və Mürsəlli kənd sakini, əvvəllər məhkum olunmuş İlham Niftalıyev olduqları müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həmin şəxslərə məxsus fərdi yaşayış evlərinə keçirilən baxış zamanı R.Qurbanovun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 108 ədəd çətənə kolu, yaşadığı evdən isə 5 kiloqram 400 qram marixuana, İ.Niftalıyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 80 ədəd çətənə kolu və 4 kiloqram 680 qram marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Sabirabad RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Siam.az
Tarix: 25-06-2022, 15:11