Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsi rəisi sahibkarlıq fəaliyyəti ilə məşğuldur - FOTO
Bulat Ağabəyov Salyan şəhərində heyvandarlıq ferması inşa etdirib...Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə çox yazılıb. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir.
Bir çox məmurlar isə qanunun tələblərini pozaraq açıq-aşkar biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.
AzFakt.com-un əldə etdiyi məlumata görə belə məmurlardan biri də Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsi rəisi Bulat Ağabəyovdur. Belə ki, Bulat Ağabəyov Salyan şəhəri, 20 Yanvar küçəsi, 116 A, ünvanında 2 hektar ərazidə 240 kvadrat metrlik heyvandarlıq ferması inşa etdirib. Məsələnin maraqlı tərəfi adı çəkilən heyvandarlıq fermasının sənədlərinin Bulat Ağabəyovun öz adına olmasıdır. Bu isə Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsi rəisinin açıq şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu göstərir.
Qeyd edək ki, "Dövlət qulluğu qanunu"na görə məmurlar sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz və Bulat Ağabəyovun öz adına təsərrüfatın olması kobud qanun pozuntusudur.
Tarix: 30-06-2022, 16:57