Bərdəli musiqiçilər Novruzova bacıları “Məzun-2022” adlı törənlə uğurlandılar
Bərdə səhər BÜLBÜL adına 1saylı usaq incəsənət məktəbində 2021/2022-ci tədris ilinin skripka şöbəsində məzun gününə həsr olunmuş törən keçirilib. Törəndə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, məktəbin direktoru Nərgiz Şərifova, müəllim və şagird kollektivi iştirak edib. Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova istedadlı şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq uşaq musiqi və incəsənət məktəblərinin əldə etdikləri uğurlardan danışıb. Məzunlara inandığını, onların gələcəkdə Azərbaycanı daha yüksək tribunalarda uğurla təmsil edəcəklərini gözlədiyini vurğulayıb. Tədbirdə gənc musiqiçilər maraqlı musiqi proqramıyla tədbirə yekun vurublar. Biz də SİYASİ İCTİMAİ ARAŞDIRMALAR MƏRKƏZİ-SİAM.az xəbər portalının kollektivi olaraq AYTAC VƏ NƏRMİN NOVRUZOVA bacılarına və məktəbin bütün məzunlarına daha böyük uğurlar arzulayaraq, onlara dəstəyimizi əsirgəməyəcəyimizi bildiririk. Uğur olsun gözəl balalar. Şahin. SİAM.AZ