İcra başçısının Dəmirçilər kəndində səyyar qəbul görüşü olub



Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Dəmirçilər kəndində səyyar qəbul-görüşü keçirilib. Görüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən kəndin Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzərək, onları ehtiramla yad ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı   bildirib ki, “Covid-19” pandemiyası ilə bağlı yerlərdə səyyar-qəbulların keçirilməsi də təxirə salınmışdı. 2022-ci ilin mart ayından artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da icra başçısının yerlərdə səyyar qəbul-görüşləri mütəmadi şəkildə həyata keçirilir, vətəndaşların müraciətləri yerində dinlənilir və həll olur.
Sonra rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən danışıb. Qeyd olunub ki, Vətən müharibəsi dövründə sakinlər düşmənin atdığı mərmilər nəticəsində evlərinin dağılmasına baxmayaraq kəndi tərk etməyib, yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdiriblər. İcra başçısı şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğını da vurğulayıb.
Sonra o, Rəqəmsal icra hakimiyyətinin Portalı barədə də sakinlərə məlumat verib, vətəndaşlara vaxt itkisinə yol vermədən rastlaşdıqları çətinliklər, problemlər barədə portal vasitəsi ilə müraciət etməyi tovsiyə edib.
Rayon rəhbəri Dəmirçilər kəndinin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Qeyd olunub ki, Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi iki kəndi-Dəmirçilər və Ağkənd kəndlərini əhatə edir. İnzibati Dairənin 1441  hektar ərazisi, 515 təsərrüfatı, 2280 nəfər əhalisi, 775 hektar pay torpağı var. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 2 kitabxana, 1 kitab evi, 4 iaşə, 4 məişət, 9 ticarət obyekti, 1 poçt, 1 ATS fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. 
Onlar 1121 baş iribuynuzlu, 2600 baş xırdabuynuzlu, 9980 baş ev quşları saxlayırlar.
Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunurlar.
Rayon rəhbəri kənddə görülmüş işlərdən də danışıb.Bildirib ki, kəndarası yolların 2000 metri təmir olunub, kəndin sel nəticəsində ziyan dəymiş küçələrinin 1750 metrinə çınqıl tökülüb hamarlanmış, başarxların 6 min metri, kəndarası arxların 5000 metri lildən təmizlənmiş, pay torpaqlarına gedən yolun 1500 metri hamarlanmış, yol kənarlarına ağaclar əkilmiş, məişət tullantıları üçün 7 ədəd quyu qazılmış, Dəmirçilər və Kovdadıq kəndləri arasında yerləşən suötürücü borunun ətrafı təmir edilmişdir. 
Sonra vətəndaşların müraciətləri dinlənilib.
Kənd sakini Rəşid Sultanov evinin magistral yola yaxın olduğunu və həmin yolda maşınların sürətlə hərəkət etdiyini bildirərək, yola sürəti azaltmaq üçün trampilin, yaxud yol nişanlarının qoyulmasını, Şəlalə Səfərova isə həyətlərinin girişində olan su borularının düzgün quraşdırılmadığı üçün suyun daşaraq ətrafı basdığını bildirmişdir.
Qaldırılan məsələlər barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Sakinlər onlara   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Tarix: 8-07-2022, 00:18
Xəbəri paylaş





Xəbər lenti