Ağcabədi səhiyyəsində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR...


Bir müddət əvvəl mətbuatda Ağcabədi Rayon Mərkəzi Xəstəxanası, onun baş həkimi, səhiyyə müdiri və onların himayədarları haqqında mükəmməl məlumatlar verilmişdir.
İlk öncə onu bildirək ki, Agcabədi rayonunun lap əvvəllərdən məmur tərəfindən bəxti gətirməyib. Yəni, ictər icra başçısı olsun, istər səhiyyə, mədəniyyət, təhsil və başqa sahələrdə də nədənsə məmur sarıdan bəxti gətirmir. Bu gün bütün dünyada, səhiyyə sisteminin təkminləşməsi üçün hamı əlindən gələni edir. Büdcə pullarının təhsilə, səhiyyəyə, mədəniyyətə, quruculuq işlərinə ayrılması bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də öncül yerlərdən birini tutur.
Dövlət vəsaiti hesabına tikilən xəstəxanalar ən yüksək avadanlıqlarla təchiz olunur. Ölkəmizin bütün rayonlarında ən yüksək avadanlıqlarla təchiz olunmuş xəstəxanalar tikilib istifadəyə verilib.
Belə xəstəxanalardan biri də Agcabədi Rayon, Mərkəzi Xəstəxanasıdır.
Mərkəzi Xəstəxananın əsas binası 2013- cü ildə tikilmiş, hal-hazırda əhalinin istifadəsindədir.
Rayon Mərkəzi xəstəxanası 18 şöbədən ibarətdir.
1.Cərrahiyyə şöbəsi 40 çarpayılıq
2.Terapiya şöbəsi 40 çarpayılıq
3.Pediatriya şöbəsi 30 çarpayılıq
4.Lor şöbəsi 10 çarpayılıq
5.Mama-ginekoloji şöbə də 2 hissədən ibarətdir. Doğum şöbəsi 30, ginekoloji şöbə 10 çarpayılıqdır.
6.Onkoloji şöbə 10 çarpayılıq
7.Anesteziologiya-reanimasiya şöbəsi 15 çarpayılıq
8.Hemodializ şöbəsi 5 çarpayılıq
9.Yoluxucu xəsəliklər şöbəsi 15 çarpayılıq
10.Vərəm şöbəsi 15 çarpayılıq.
Özünüz də gördünüz ki, söhbət hansısa əyalət, ucqar kənd xəstənanasından deyil, müasir tələblərə cavab verən xəstəxanadan gedir. Və xəstəxananın hər bir işçisi dövlətdən əmək haqqı alır.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanası üzrə 125 nəfər həkim çalışır. 472 nəfər orta tibb işçisinin 17 nəfəri laborant, 62 nəfəri mama, 35 nəfəri feldşer, 1 nəfər diş texniki, 2 nəfəri əczaçı, 2 nəfəri rentgen texniki, 3 nəfəri anestezist, 350 nəfəri isə tibb bacısıdır.
İndi görək, bu boyda xəstəxananın, yüzlərlə tibb işçisinin baş həkimi olan Məmmədova Təranə Cabbar qızı hansı əməllərin sahibidir..? Əvvəllər yazmışdıq, tənqid etmişdik, açıq şəkildə göstərmişdik ki, Ağcabədi rayon Mərkəzi xəstəxanasında özbaşınalıqlar, korrupsiya halları baş alıb gedir. Bu işə rəhbərlik edən şəxs isə Tibbi Sosial Ekspert Komissiyasının sədri Təranə Məmmədova və Cəsur Paşayevdir.
Məlumat üçün onu da qeyd edək ki, Təranə Məmmədova həm səhiyyənin direktor müavini, həm də və ƏN ƏSASI tibbi komissiyanın ( Tibbi-Sosial Elspert Komissiyası ) sədridir.
Yəni Təranə Məmmədova istəsə qələmi ilə sağlamı zəlil, əlili isə sağlam edə bilər.
Təsəvvür edirsiniz, Təranə Məmmədova sağlam şəxsləri guya Maştağada Ruhi Dispanserdə yatmaq, müalicə olunmaq adı ilə saxta yolla sənədləşdirir və sonra həmin şəxsi əlil adı ilə təqaüdə çıxardır. Və beləcə dövlət büdcəsinə yüz minlərlə ziyan vurur.
Kimin şübhəsi varsa, mətbuatda dərc olunan yazılardakı siyahıya baxa bilər:
1. Qasımov Camal Tapdıq oğlu,
2. Kazımova Aidə Alış qızı,
3. Əliyev Əli Mirzə oğlu,
4. Ağayarov Ruslan Ziyadxan oğlu və s.
Bəli, bu yolla Baş həkim Təranə Məmmədova külli miqdarda pul qazanır, dövlət büdcəsini isə külli miqdarda ziyana salır.
Bir soruşan yoxdur ki, bu qadın kimdir ki, ölkə qanunlarını saymır, bu boyda cinayət əməllərinə yol verir.
Bəli, Baş həkim Təranə Məmmədova hər yerdə deyir ki, arxamda İcbari Tibbi Sığortada, Departament müdiri Hikmət İbrahimli durub, mənə kimsə heç nə edə bilməz. Hələ mən İcbari Tibbi Sığortada əlillik komissiyasının sədri Şöhrət müəllimi demirəm. Hansı sənədi gətirirsinizsə gətirin, mən keçirtdirəcəm.
Bəli, neçə illərdir Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirlikləri sövdələşərək minlərlə vətəndaşı saxta yolla təqaüdə çıxarıblar.
Bu dövlət büdcəsinə vurulan milyonlarla ziyan deməkdir.
Məhz bu səbəbdən də sabiq “əmək naziri” vəzifəsindən azad edildi və üstəlik neçə il idi ki, həbsxana həyatı yaşayırdı. Bir aya yaxındır ki, Səlim Müslümov evə qayıdıb və özünün keçmiş "Çinar" restoranında işlərini davam elətdirir. Bu da həbsxanadan yayınma yolu.
Amma deyəsən, Səlim Müslümovun əlillər üçün verdiyi "nömrəli arayış"lardan Sahil Babayev də verir. ( bunu bizə Şəmkirin keçmiş VTEK sədri, anası ayağısürüşkən erməni olan Əmirxan Aslanov demişdir, Əmirxan Aslanovun erməni anası ermənistanda ilk parno ulduz olub. )
Və yeni “əmək naziri” olan cənab Sahil Babayev isə Səlim Müslümovun guya səhvlərini düzəldərək minlərlə əlili əlillikdən məhrum edir və özünə milyonlar qazandırmaq üçün yeni əlillik dərəcələri verir. Bu isə Sahil Babayevi cinayət məsuliyyətindən başqa heç nəyə hazırlamır.
Beləcə, bu dairə qapanmaq bilmir.
Elə bilirsiniz ki, ölkədə Təranə Məmmədova kimi baş həkimlər birdi, ikidi...?
Bütün bunlar azmış kimi, mediada Təranə Məmmədovanın bir əməlindən də bəhs edilir.
Deməli, Təranə Məmmədova işə cangüdənlə, mühafizəçi ilə gəlib-gedir.
Bir soruşan yoxdur ki, Təranə Məmmədova kimdir ki, “teloxranitel” saxlayır..?
Görəsən, Təranə Məmmədova cangüdənə maaşı hansı hesabdan ödəyir..?
Bunlar bir yana qalsın... Media Təranə Məmmədovanı nə qədər tənqid etmiş olsa da, Təranənin mövqeyinə belə, toxuna bilmədi, çünki Təranə Məmmədova bildirir ki, kimin nə yazmasından, nə deməsindən asılı olmayaraq, mənim pulum hər şeyi həll edir. Arxamda duran adamlar da istər Hikmət müəllim, istər Şöhrət müəllim, İstərsə də Mətanət xanım bizim "katyolumuz" birdir. Sahil Babayevin köməkçisi Günel xanım isə bizim bütün işlərimizdə öndədir. Bu başqa yazının mövzusudur.
Gəlin qısa bir araşdırma aparaq. Mətbuat Təranə Məmmədovanı tənqid etdi, rəhbərlik isə Təranə Məmmədovanı vəzifədə irəli çəkdi. Budur, bir neçə gün əvvəl Cəsur Paşayev işdən azad olundu, onun yerinə isə Təranə Məmmədova təyin olundu. İndi başa düşmək lazımdır ki, Təranə Məmmədovanın yuxarıda dedikləri öz təsdiqini tapır. Onu da qeyd edək ki, Təranə Məmmədova vəzifəyə təyin olinmamışdan öncə, həmin departament sədri ilə xəstəxanaya yoxlamaya gəlmişdir. 20 gün ondan sonra isə o, xəstəxananın baş həkimi təyin olundu. Hal-hazırda isə Təranə Məmmədova bir neçə vəzifəni icra edir. Direktor, baş həkim, komissiya sədri, aşağıdan yuxarıya çatdıran və s.
Ağcabədi sakinləri yazır ki, Təranə Məmmədova bu qədər vəzifənin öhdəsindən necə gəlir?
Amma bir nəfər dedi ki, Təranə xanım deyir ki, pul qazanmaq üçün gərək bu vəzifələrin hamısını özün icra edəsən. Başqa cür mümkün deyil. Biz isə bu mövzunu ekspertlər vasitəsilə araşdırmağa qərar verdik.
P.S. Qorx ki, vəzifə pilləsində sürətlə irəlliləyən Təranə Məmmədova yaxın zamanlarda nazir olsun.
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.
//gundelik-baku.com//

http://www.dia.az/8/344887-agcabedi-sehiyyesinde-neler-bash-verr.html
Tarix: 8-07-2022, 08:52
Xəbəri paylaş





Xəbər lenti