Siyəzəndə Şəhid ailəsi incidilir... - İTTİHAM VAR!



SOS!!! Daha bir şəhid qardaşı intihara hazırlaşır.

Siyəzəndən olan şəhid Şirinov Mədətin qardaşı, əlil Şirinov Tərlan intihara cəhd edib. Redaksiyamıza üz tutan Tərlan Şirinov ciddi təhdid altında olduğunu bildirir. Onu və ailə üzvlərini təhdid edən isə Siyəzən rayon Diaqnostika Mərkəzinin direktoru Dadaş Hümbətov və Mərkəzin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Tural Tağıyevdir.

Şikayətçinin bildirdiyinə görə, Tural Tağıyev onu və ailə üzvləri təhqir edir: “Şikayətlərimə baxılmır. Adamın psixi xəstə olması barədə diaqonuz da var, amma xəstəxanada işləyir”.
T.Şirinov bir dəfə intihar etsə də onu xilas ediblər. O, bildirir ki, əgər bu təhdidlərin qarşısı alınmasa intihar edəcək.

Araşdırmamız nəticəsində bəlli oldu ki, T.Tağıyevin psixoloji problemləri var, ona “beyin travması və şəxsiyyətin dəyişikliyi” diaqnozu qoyulub. Buna baxmayaraq, T.Tağıyev diaqnostika mərkəzində işləyir. Psixoloji problemləri olan bir şəxsin belə bir qurumda işləməsi nə dərəcədə doğrudur? T.Tağıyevin əvvəllər hərbi sahədə işlədiyi, fərarilik etdiyi və haqqında cinayət işinin olduğu barədə informasiyalar var. O, mütəmadi olaraq, sosial şəbəkələrdə şəhid ailələrini, ölkənin tanınmış ictimai- siyasi xadimlərini, generalları və dövlət məmurlarını təhqir edir. Hazırda T.Tağıyevin barəsində hüquq mühafizə orqanlarında onlarla şikayət var.
Alp.az
Tarix: 16-07-2022, 10:22
Xəbəri paylaş





Xəbər lenti