Gəncə səhiyyəsi Səhiyyə Nazirliyinin dərmanlarını MƏNİMSƏYİR

Gəncə səhiyyəsi Səhiyyə Nazirliyinin dərmanlarını MƏNİMSƏYİR

Artıq bir neçə ildir ki, Gəncə şəhərində xəstəxanalara verilən dərmanlar aidiyyəti üzrə bölünmür. Belə ki, Gəmcənin xəstəxanalarında insult, şəkərli diabet, qaraciyər xəstəlikləri olan şəxslərin dərmanlarının verilməsində ciddi problemlər yaranıb.
Əsas problemlərdən biri də Səhiyyə Nazirliyi tərəfindən hər adam üçün ayrılan dərmanlar xəstələrə vaxtında çatmır və ya düzgün bölünmür. Şikayətçi vətəndaşlar bildirir ki, bizim müraciət etdiyimiz aidiyyəti üzrə xəstəxanalar, dərmanları mənimsəyirlər. Hətta deyilənlərə görə, möhürlü dərmanların möhürü çırılıb atılır, apteklərə müəyyən miqdarda satışa qoyulur. Bundan başqa, insult xəstələrinə verilməli olan dərmanlardan sadəcə biri təqdim edilir. Bununla da xəstələrin yaxınlarına qol çəkdirərək digərlərini mənimsiyirlər. Bu cinayət deyilsə, bəs nədir?
Mövzuya qayıdacayıq...
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq...

Gəncə müxbiri Azər
Hurriyyet.az
Tarix: 15-12-2022, 16:27
Xəbəri paylaş





Xəbər lenti