Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə
nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Müşvairədə vətəndaş müraciətlərinə baxılması, xüsusən də Şəhid ailələri və Qazilərin
sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin
görülməsi, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların
təşkili, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il-2023-cü ilin
gəlişi ilə bağlı müvafiq tədbirlərinin hazırlanması, bayram günlərində şəhid övladları ilə
görüşlərin təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və
şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan
mövsümi işlər, Tərtər şəhərində aparılan yenidənqurma və bütün yaşayış
məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri
müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim
Məmmədov, başçının birinci müavini Elvin Umudov və Vətən Müharibəsi İştirakçıları və
Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Ülvi Nəcəfov çıxış ediblər.
Müzakirə olunan məsələlər barədə icra başçısı aidiyyəti qrumların rəhbərlərinə müvafiq
tapşırıq və tövsiyələrini verib.
Tarix: 20-12-2022, 20:49