Rayon rəhbərinin Bayandurlu kəndində növbəti səyyar qəbul-görüşü keçirilib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-
görüşü rayonun Kəbirli kənd İƏD üzrə nümayəndəliyinin Bayandurlu kəndində keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar 
şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi 
icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında 
məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və 
qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq 
işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli 
layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun 
infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən 
dəstəkdən danışıb.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər 
barədə də məlumat verib.
Bildirilib ki, Bayandurlu  kəndinin 410 hektar ərazisi, 125 təsərrüfatı, 535 nəfər əhalisi var. 
Ərazidə 1 tibb məntəqəsi, 2 ticarət, 2 iaşə, 2 məişət obyektii fəaliyyət göstərir. Kənd 
sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin 
olunub.
Sakinlər 385 baş iribuynuzlu, 456 baş xırdabuynuzlu heyvan, 2181 baş quş, 6 yeşik arı 
ailəsi saxlayırlar.
Bayandurlu kəndində son üç ildə 6 ədəd subartezian quyusu təmir edilib, əkin sahələrinə 
gedən su arxları 4,6 km məsafədə lildən təmizlənib, kənd ərazisində 150 ədəd çəkil və 
digər ağaclar əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər 
məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun 
fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə 
çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Əkbər Hüseynov, Hafiz Məmmədzadə, Qafar Orucov işlə təmin 
olunma, Ballı Məmmədova Bələdiyyə torpağının icarəsinə verilməsi, Sovet Muxtarov, Azər 
Həziyev yeni subartezian quyusnun qazılması, Rəhman Mürsəlov əkin sahəsinə gedən 
suvarma arxının təmizlənməsi, Əfayət Şirinova elektrik dirəyinin yerinin dəyişdirilməsi, Əli 
Həziyev işıq transformatorunun dəyişdirilməsi və digər məsələlər  ilə bağlı müraciət 
ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon 
rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, 
şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının 
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz 
minnətdarlıqlarını bildiriblər.
Tarix: 22-12-2022, 17:20
Xəbəri paylaş





Xəbər lenti