İcra başçısı Xoruzlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni istifadəyə verilmiş 432 şagird 
yerlik Xoruzlu kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird 
kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə 
maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol verilməməsini, valideynlərlə 
sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə 
mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən 
müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi bütövlüyü uğrunda 
şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə 
örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar 
arzulayıb.

Tarix: 22-12-2022, 17:34
Xəbəri paylaş





Xəbər lenti