Lənkəranda rəzalət davam edir-ŞOK İDDİA






Cənub bölgəsinin dilbər güşələrindən olan rayonlardan biri Xan Lənkərandan  heç də xoşməramlı məlumatlar gəlmir.

 Bizi bilgiləndirən mənbənin sözlərinə görə, Lənkəran rayonu sözün həqiqi mənasında məmur girovluğundadır. Bu barədə GundemXeber.Az saytına məlumat verən rayon sakinlərinin iddialarına inansaq, sosial durumu ağır olan sakinləri dövlətdən və dövlət başçısından narazı salan qüvvələr “5-ci kolon”u təmsil edir. Məhz bunun nəticəsidir ki, sakinlərə edilən zülm artıq ərşə dirənib. 

Vətən müharibəsində fədakarlıq nümayış etdirən gənclər təəsüflər olsun ki, Lənkəran RİH başçısı Taleh Qaraşovdan və onun tabeçiliyində olan məmurlardan narazıdır.

Onsuzda sosial durumu ağır olan sakinlərin tək ümüdü ölkə başçısı cənab prezident İlham Əliyevdir. Bəzən elə olur ki, dövlət başçısına ünvanlanan şikayətlər aidiyyəti üzrə deyil, rayonu əsarətdə saxlayan icra başçısının üzərinə yönləndirilir. Belə olan halda əlbətdə ki, sakinlərin narazılığı icra başçısından deyil, aidiyyəti olan qurumlardandır.

 Mənbə daha sonra əlavə edir ki, bütün özbaşınalıqlar rayon rəhbərliyinin “dabrosundan” sonra həyata keçirilir. Etiraf edək ki, prezidentin səlahiyyətli nümayindələri rayonun bütün problemləri ilə dərindən maraqlanmalı, ilk növbədə Şəhid ailələrin, qazilərin sosial durumu ilə yaxından tanış olmalı, bundan sonra qərar qəbul etməlidir. 

Təəsüflər olsun ki, bəzi icra başçıları görüntü xatirinə bir neçə şəhid ailəsi ilə görüşür və fotolar lentə alaraq özlərinə yaxın olan saytlarda tirajlayalr. Bununla da işlərini bitmiş hesab edirlər. 

Lakin onların sosial durumu ilə maraqlanmayan və eyni zamanda dövlət başçısına özünü “ümüdləri doğruldan” kimi sırıyan başçıların aqibəti heç də məxfi deyil. Növbəti yazılarımızada Lənkəran RİH başçısı Taleh Qaraşovun oğlu ilə bağlı ilginc faktları oxucularımızın diqqətinə çatdırayacayıq. Bizi izləməyi unutmayın...

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dinləyib dərc etməyə hazırıq.


 GundemXeber.Az

Tarix: 24-12-2022, 16:22
Xəbəri paylaş





Xəbər lenti