Təzə təyin olunan başçı özünə BELƏ PİAR QURUB... - FOTOFAKT
Göyçayın icra başçısı Natiq Ağayevin deyəsən təbliğata ehtiyacı var... DİA.AZ bildirir ki, bu barədə sosial şəbəkələrdə müşahidə olunan bəzi paylaşımlardan belə anlaşılır.
Qeyd edək ki, bu ilin 17 oktyabr tarixində Göyçaya rəhbər təyin olunan Natiq Ağayevin təbliğata ehtiyacının olması əslində normal bir haldır. Hər bir işləyən kadr öz fəaliyyətinin işıqlandırılmasını istəyir. Amma belə də yox... Aşağıda təqdim edəcəyimiz faktda Fərid Kərimli adlı vətəndaş Görçayın təzə başçısını belə vəsf edir (nöqtəsinə, vergülünə toxdunmadan təqdim edirik):
"Ilham Aliyev Mehriban Əliyeva Göyçay Rayon İcra Hakimiyyəti Khayyam EsgerovÖlkə rəhbərinin Göyçaya rayona təyin etdiyi icra başçısı @Natiq Ağayevin@ təyin edilməsindən az müddət keçməsinə baxmayaraq,rayonda görülən işlərin sayı hesabı yoxdur.Ən əsası odur ki,insanların yaşamasında çətinlik olsada,@Natiq Ağayevin @etdiyi əməllər insanlarda xoş təəsürat yaradıb.Ölkə rəhbərinin bu təyinatı rayonda hər kəsi sevindirib.İnsanlar köhnə icra başçılarının rayonda etdikləri özbaşına əməllərdən bezmişdi.Maddi durumu çətin olan,camaatı sıxan,köhnə,lovğa və ədabaz icra başçıları vətəndaşları dövlətdən narazı salmışdılar.Yeni icra başçısı öz yolunu azmış idarə müəssisə müdirlərinidə azdıqları yoldan düz yola qayıtmalarına rəvac verdi.Allah insanların halına yanan,çətində olan vətəndaşa kömək olan hər kəsə yar və yardımcı olsun".