Zərdabın icra başçısı özü ilə “ÇƏTİRTUTAN” gəzdirir: Camalov da Vasif Talıbov yolu gedir… -Axırı yaxşı olmayacaq /FOTO



“Prezident çətirini özü tutduğu, halda Camalov “çətirtutan”la gəzir. Elə Vasif Talıbov da özünü belə aparırdı…”
“RealMedia.az” Paytaxt.org-a istinadla xəbər verir ki, Zərdab rayonunda yaşayan adının çəkilməyin istəməyən ziyalımız, yanında xüsusi “çətirtutan” gəzdirən ica başçı Mərdan Camalovla bağlı iddialı çıxış edərək toplamış fotoları saytın elektron ünvanına göndərib.

Zərdab sakini bildirib ki, özünü xan zənn edən  icra başçısı Mərdan Camalov çox sayda saxta tenderləri əldə edərək və rayonu təpədən, dırnağa qədər talamaqla yanaşı icra hakimiyyətinində “çətirtutan” ştatı da açıb. Görünür, Zərdabı rayonu icra hakimiyyətində və ara-sıra sakinlərlə görüşündə eləcədə digər tədbirlərdə “çətirtutan”a xüsusi ehtiyac duyan M.Camalov özünü prezidentdən üstün tutmasını nümayiş etdirir.
Bildirək ki, dövlət başçısı cənab İlham Əliyev prezident olmağına baxmayaraq sadalik nümayiş etdirib, özünü kral və ya sultan hesab etməyərək çətirini özü daşıyır, amma icra başçı M.Camalov Zərdabda özünü xan elan edərək bu azmış kimi onlarla 20 manatlıq MMC -lərlə bütün tendərləri əldə etməsini hələ demirik. Xülasə deyilənlərə görə Zərdabda göydə uçan quş, yerdə gəzən bütün canlılar Camalovdan xəbərsiz nəfəs ala bilməz.
Mərdan Camalovun “çətirtutan”ının fotolarını təqdim edirik:

Tarix: 26-12-2022, 16:22
Xəbəri paylaş





Xəbər lenti