Bərdədə fermerlər ÇARƏSİZ QALIB... - Dövlət onlara SAHİB ÇIXACAQMI?
Bərdə rayonunda kələm əkən fermerlər məhsuldarlıqdan razı olsalar da, qiymətlərdən narazıdırlar. Fermerlər deyirlər ki, kələm pula getmədiyindən tonlarla kələm sahələrdə məhv olur.
Kələmin qiyməti ötən ildəkindən dəfələrlə aşağı düşüb
DİA.AZ qeyd edir ki, bərdəli fermerlər ötən il kələmin qiyməti yaxşı olduğundan bu il daha çox əkiblər. Bu zaman da qiymətlər aşağı düşüb. 1 sot sahədən 1 ton məhsul götümək imkanı olduğu halda qazanc əldə edə bilmirlər.
Hazırda kələmin satış qiyməti 13-15 qəpik arasında dəyişir. Ötən il bu rəqəm 80-90 qəpik olub. Fermerlər hesab edirlər ki, alıcıları daha çox Bakı sakinləri olduğu üçün qiymət aşağıdır. Hesab edirlər ki, məhsulu ölkə xaricinə çıxara bilsələr vəziyyət fərqli olar.
Qeyd edək ki, ümumilikdə bu il Bərdə rayonunda 400 hektardan çox əraziyə kələm əkilib. Bu da ötən ilkinə münasibətdə 60 hektar çoxdur.
Məsələni şərh edən iqtisadçı Fərid Mehralıyev Belediyye.netə deyib ki, əsas məsələ məhsulun Rusiya bazarına çıxmaq imkanlarının məhdudlaşmasıdır. Çünki digər məhsulların satışında da bundan öncə eyni problemlər müşahidə olunurdu. Rusiyanın milli valyutası dəyər itirdiyindən alıcılıq qabliyyəti aşağı düşüb, bu da iqtisadi proseslərə təsir göstərib.
-Dövlət nə edə bilər?
İqtisadçı bu problemin həll olunması üçün dövlətin bəzi təşəbbüslər göstərə biləcəyini vurğulayıb. Fərid Mehralıyev deyib ki, dövlət yerlərdə alışlar həyata keçirə bilər, fermerlər ziyana düşməsin deyə yarmarkalar təşkil edə bilər. Fermerlərin yarmarkalara çıxışını təşkil edə bilər ki, arada vasitəçi olmadan özləri birbaşa məhsullarını satışa çıxara bilsin. Problemin başqa bir yolu isə, məhsulun digər ölkələrə ixracına çalışa bilər. Dövlət kələm ixrac edə biləcəyi ölkələrlə yeni əməkdaşlıqlar qura bilər.
Siam.az mövzu ilə bağlı Belediyye.net-in sujetini təqdim edir: