Tərtərdə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib



Dekabrın 28-də Tərtər Rayon İcra Hakimiyyətinin və “Vəkiloğlu” MMC-nin birgə təşkilatçılığı ilə 44 
günluk Vətən Müharibəsi şəhidləri və qazilərinin övladları ilə 31 dekabr-Dünya Azərbaycanlılarının 
Həmrəylik Günü və Yeni təqvim ilinin başlanması münasibətiylə bayram şənliyi keçirilib.

"Tərtər” istirahət mərkəzində keçirilən bayram tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 
Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, YAP Tərtər rayon Təşkilatının və 
Ağsaqqallar şurasının sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə 
veteranları, qazilər və onların fidan balaları iştirak ediblər.                   
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi 1 
dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 31 dekabr - 
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə tədbir 
iştirakçılarını təbrik edib. Qeyd edib ki, ölkə rəhbəri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı 
İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə hesabına 
qarşıdan gələn 2023-cü ili qalib xalqın nümayəndələri kimi qarşılayırıq.
Bildirib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 
sentyabr ayının 27-də rəşadətli Azərbaycan Ordusu əks hücuma keçərək işğal altında olan 
torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə Qələbə ilə başa 
çatdı. Vətən müharibəsi günlərində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham 
Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi və 
Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bu isə Prezident İlham Əliyevin dahi 
intellekti və müdrik siyasəti sayəsində əldə olundu. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham 
Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak 
edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş 
soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız 
onları heç vaxt yaddan çıxarmayacaq.
Rayon rəhbəri qeyd edib ki, Vətən müharibəsində məkrli düşmən müharibənin aparılmasının 
beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də 
daxil olmaqla 40 yaşayış məntəqəmizə  16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş 
raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri 
dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət 
göstəriblər.
Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək 44 günlük Vətən Müharibəsində şəhidlərimizin 
qanının yerdə qalmadığını, tarixi bir qələbənin qazanıldığını və bu qələbədə hər bir əsgərin Vətən 
qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söyləyib. Qeyd edib ki, torpaqlarımızın azadlığı 
uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə 
daim yaşayacaq.
Tədbirdə iştirak edən şəhid valdeyinləri və qazilər onlara göstərilən xüsusi diqqət və qayğıya görə 
dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz 
minnətdarlıqlarını bildiriblər.
Tədbir bədii hissə ilə davam etdirilib.
Sonda şəhid və qazilərimizin fidan balalarına hədiyələr təqdim olunub.
Tarix: 28-12-2022, 21:59
Xəbəri paylaş





Xəbər lenti