Tərtərdə qış mövsümü ilə əlaqədar işlər davam etdirilir

Tərtərdə qış mövsümü ilə əlaqədar işlər davam etdirilir
Tərtər rayonunda qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır.
Bu barədə Siam.az-a yerli RİH-dən məlumat verilib.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kommunal təsərrüfat idarəsinin
əməkdaşları tərəfindən Heydər Əliyev prospektində, Sabir parkında, Nəriman
Nərimanov, Elman Hüseynov, Mehdi Hüseynzadə, Nizami, Şıxəli Qurbanov, Nicat
İsgəndərov, Rasim Mürsəlov küçələrində yol kənarları alaq otlarından təmizlənib,
qurumuş ağaclar ərazidən götürülüb, mövsümlə əlaqədar ağac və kollarda budama
aparılıb, ağacların dibləri bellənib. Səkilərdə sakinlərin gediş-gəlişinə maneə yaradan
ağaclar budanıb. Ərazidə ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət
və polietilen tullantıları təmizlənərək Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat
vasitələri ilə ərazilərdən daşınıb.
Əlavə olaraq kommunikasiya xətləri qaydaya salınıb. Küçələrdə quraşdırılmış gecə
işıqlandırma sistemlərinə baxış keçirilib, sıradan çıxmış elektrik lampaları yenisi ilə əvəz
olunub, xətlərdəki nasazlıqlar aradan qaldırılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov görülmüş işlərlə
yerində tanış olub, əlaqədar qrumlara müvafiq tövsiyyə və tapşırıqlarını verib.

Tərtərdə qış mövsümü ilə əlaqədar işlər davam etdirilir
Tərtərdə qış mövsümü ilə əlaqədar işlər davam etdirilir
Tərtərdə qış mövsümü ilə əlaqədar işlər davam etdirilir
Tərtərdə qış mövsümü ilə əlaqədar işlər davam etdirilir


Tarix: 29-12-2022, 10:19
Xəbəri paylaş





Xəbər lenti