Tərtər Rayon İcra Hakimiyyətində keçirilən iclasda Milli Məclisin deputatı
Sahib Alıyev, Tərtər Rayon İcra İcra Hakimiyyəti başçısı yanında şura
üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, İƏD üzrə nümayəndələr,
bələdiyyə sədrləri, YAP-ın və rayon Ağsaqqallar şurasının sədrləri iştirak
ediblər.Yığıncaq iştirakçıları öncə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi
bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda
gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini bir
dəqiqəlik sükutla yad ediblər.
Yığıncağı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov
açaraq əvvəlcə tədbir iştirtakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə təbrik edib.
Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Tərtər
rayonunda da ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin
görüldüyünü, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun
inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin açılması,
əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin
abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirildiyini bildirdi.
Qeyd etdi ki, 2022-ci ildə rayonumuzda tikinti-quraşdırma və abadlıq işləri
uğurla davam etdirilmişdir. Belə ki, 2022-ci ildə birinci Qarabağ müharibəsi
şəhidləri Süleyman Məmmədov, Şakir Həsənov, İnqilab Ağayev, İlqar
Həsənov, Mehrac Mahmudov, Vətən müharibəsi şəhidləri 3-cü dərəcəli
“Rəşadət” ordenli Qənbər Qənbərli, Azər Şəmilov və 3-cü dərəcəli “Vətənə
xidmətə görə” ordenli Sənan Məmmədli, Aysənan Abbasov, Məftun
Əhmədzadə, “Azərbaycan bayrağı” ordenli Ruslan Şahbazov və Nəsimi,
Məmməd Əmin Rəsulzadə, Rəsul Rza, Qafur Məmmədov, Firudun bəy
Köçərli, Mikayıl Müşviq, Həsən bəy Zərdabi, Əbdulrəhim bəy Haqverdiyev,
Cabbar Qaryağdı oğlu, Fikrət Əmirov, Heydər Hüseynov, Abbas Mirzə
Şərifzadə, Yüsif Vəzir Çəmənzəminli küçələrində, Nizami və Şıxəli
Qurbanov küçələrinin döngələrinə, ümumilikdə 26 küçəyə yeni asfalt örtüyü
salınmışdır.
Şəhərin Temur Rəhimov, Əli İsmayılov, Nəsimi, Molla Pənah Vaqif,
Mübariz Kərimov, Vasif Hüseynov, Sənan Məmmədli, Qənbər Qənbərli və
Azər Şəmilov küçələrində, ümumilikdə 9 küçədə istinad divarları aqlay və
digər bəzək daşları ilə üzlənmiş, kommumnikasiya xətləri qaydaya
salınmış, ağaclar budanmışdır. Bu işlər hazırda davam etdirilir.
Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik tam orta məktəbin
yeni binası, Kovdadıq kəndində 20 şagird yerlik ibtidai, Zolgəran kəndində
56 şagird yerlik ümumi orta və Şıxarx qəsəbəsində 1 saylı tam orta
məktəblər üçün modul tipli binalar tikilib istifadəyə verilmişdir. Rayonun
Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq
bağçalarının və Tərtər şəhər 5 saylı tam orta məktəb üçün yeni məktəb
binasının tikinti işləri davam etdirilir.
İcra başçısı çıxışında vurğulamışdır ki, rayon iqtisadiyyatının əsasını kənd
təsərrüfatı təşkil edir. Ümumi məhsul buraxılışının 44.9 faizi kənd
təsərrüfatının hesabına formalaşır.
Rayon üzrə 2022-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin
sahəsi 25093.3 hektar olmuşdur. Əkin sahəsinin 8364.3 hektarını və yaxud
33.3 faizini dənli və dənli paxlalı bitkilər, 5838.1 hektarını və yaxud 23.3
faizini texniki bitkilər, 1375.5 hektarını və yaxud 5.5 faizini kartof, bostan və
tərəvəz bitkiləri, 9515.4 hektarını və yaxud 37.9 faizini yem bitkiləri təşkil
etmişdir. 2022-ci ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 35176.1 ton
dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır. Dənli və dənli
paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur. Belə ki, istehsal
olunmuş taxıl məhsulunun 49.3 faizini və ya 17341.2 tonunu buğda təşkil
etmişdir. Taxılın 45.2 faizi və ya 15891.9 tonu arpa, 4.7 faizi və ya 1662.0
tonu qarğıdalının, 0.8 faizi və ya 281.0 tonu digər taxıl məhsullarının payına
düşür. Əvvəlki ilə nisbətən 2022-ci ildə arpa istehsalı 19.8 faiz, dən üçün
qarğıdalı istehsalı 52.4 faiz, darı istehsalı 66.2 faiz, noxud istehsalı 42.7
dəfə artmışdır. 2022-ci ildə dənli və dənli paxlalı bitkilərin hər hektarının
orta hesabla məhsuldarlığı 41.1 sentner, o cümlədən buğdanın
məhsuldarlığı 43.6 sentner, arpanın məhsuldarlığı 38.5 sentner olmuşdur.
2021-ci ilə nisbətən buğdanın məhsuldarlığı 0.7 sentner, arpanın
məhsuldarlığı 0.6 sentner artmışdır.
2022-ci ildə 3450.7 hektar sahədə pambıq əkilmişdir. 2021-ci ilə nisbətən
pambıq əkini 0.3 faiz artmışdır. İl ərzində 11167,9 ton pambıq tədarük
edilmişdir. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 32.3 sentner
olmuşdur. 2021-ci ilə nisbətən pambığın hər hektarından orta məhsuldarlıq
1.2 sentner artmışdır. Pambıq yığımı davam edir.
2023-cü ildə pambıq əkini üçün istehsalçılarla emal müəssisələri arasında
müqavilələr bağlanır. Bu günədək 372 istehsalçı 1103.7 hektar üçün emal
müəssisələri ilə müqavilələr bağlamışdır. Bağlanmış müqavilələrin 668.7
hektarı MKT üzrə, 435 hektarı Azərpambıq üzrədir. 228.1 hektarda isə
pambıq əkini üçün şum aparılmışdır.
2022-ci ildə rayonda 193.4 hektar sahədən fiziki çəkidə 4028.4 ton,
kondinsiya çəkidə 3506.7 ton şəkər çuğunduru istehsal edilmişdir. Hər
hektardan orta məhsuldarlıq 20.8 ton olmuşdur. Çuğundur yığımı davam
edir.
2022-ci ildə rayonda 2194.0 hektar dən üçün günəbaxan əkilmişdir. İl
ərzində 6313.6 ton günəbaxan istehsal olunmuşdur. Hər hektardan orta
məhsuldarlıq əvvəlki ilə nisbətən 0.4 sentner artaraq 26.8 sentner
olmuşdur.
2022-ci ildə 359.0 hektar kartof sahəsindən 4107.8 ton kartof istehsal
edilmişdir. Hər hektar kartof sahəsindən orta məhsuldarlıq 2021-ci ilə
nisbətən 1.1 sentner artaraq 114.1 sentnerə çatmışdır.
2022-ci ildə rayonun təsərrüfatlarında 13763.5 ton müxtəlif növ tərəvəz
istehsal edilmişdir. Hər hektar tərəvəz sahəsindən orta məhsuldarlıq əvvəlki
ilə nisbətən 1.8 sentner və ya 1.4 faiz artaraq 132.8 sentner olmuşdur.
2022-ci ildə 25.4 hektar yeni salınmış meyvə bağları və giləmeyvə əkmələri
də nəzərə alınmaqla 1664.2 hektar, o cümlədən bar verən yaşda 1509.4
hektar meyvə bağları və giləmeyvə bağları mövcud olmuşdur ki, həmin
meyvə bağlarından 16352.6 ton meyvə və giləmeyvə toplanmışdır. Meyvə
və giləmeyvə istehsalı 2021-ci ilə nisbətən 19.8 faiz artmışdır. Yeni
salınmış meyvə bağlarının 14 hektar xurma, 5 hektar gilas, 2 hektar alça,
1.4 hektarı ərik, 1 hektarı alma, 1 hektarı armud, 1 hektarı çiyələk
bağlarıdır.
2022-ci ildə rayonda 7.1 hektar üzümlük mövcud olmuşdur ki, onun hamısı
bar verən yaşdadır. Həmin sahələrdən (talvar üzümü də daxil olmaqla)
806.1 ton üzüm yığılmışdır.
Rayonda heyvandarlığın inkişafını təmin etmək üçün təsərrüfatlarda 9515.4
hektar yem bitkiləri əkilmişdir. Yem bitkilərinin 101.0 hektarı birillik otlar,
9414.4 hektarı çoxillik otlar olmuşdur. 2022-ci ildə 114052.9 ton quru ot
və 2439.7 ton yaşıl kütlə tədarük edilmişdir. Çoxillik otların hər hektardan
orta məhsuldarlıq əvvəlki ilə nisbətən 1.1 sentner artaraq 120.8 sentner
olmuşdur.
Bundan başqa 2022-cu ildə rayonun təsərrüfatlarında 1 milyon 290 min
ədəd meyvə və 51 min ədəd dekarativ bitki tingləri yetişdirilmişdir.
2022-ci ildə rayonda 798.9 hektar sahədə təkrar əkin aparılmışdır ki, onun
269.2 hektarı dənli və dənli paxlalı bitkilər, 261.5 hektarı texniki bitkilər,
22.6 hektarı kartof və müxtəlif növ tərəvəz bitkiləri, 245.6 hektarı yem
bitkiləri olmuşdur. Həmin təkrar əkin sahələrindən 797.7 ton dənli və dənli
paxlalılar, 434.4 ton texniki bitkilər, 276.6 ton kartof və müxtəlif növ tərəvəz,
423.3 ton quru ot və 2439.7 ton yem üçün yaşıl kütlə istehsal edilmişdir.
2022-ci ildə rayonda 330 qutu barama saxlanılmış. 10.2 ton barama
tədarük edilmişdir.
Heyvandarlıq sahəsində də əldə olunan uğurlardan danışan rayon rəhbəri
bildirmişdir ki, 2022-ci ilin 11 ayı ərzində 3185.7 ton diri çəkidə ət, 21720.8
ton süd, 13 milyon 240 min ədəd yumurta, 88.4 ton yun istehsal
olunmuşdur. Ət istehsalı 0.8, süd istehsalı 2.9 faiz artmışdır.
2023-cü ilin məhsulu üçün 15447.2 hektar sahədə şum aparılmışdır.
11287,3 hektar sahədə payızlıq bitkilərin səpini aparılmışdır. Onun 7019,9
hektarı buğda, 4113,4 hektarı dən üçün arpa, 154 hektarı yaşıl yem üçün
xəsil arpadır.
Rayon rəhbəri çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının
Möhtərəm Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına, fərmanlarına,
tapşırıq və tövsiyələrinə uğun olaraq rayonumuzda sahibkarlığın inkişafına
daim diqqət göstərilir. İl ərzində icra hakimiyyətində sahibkarlarla görüşlər
keçirilmiş, onları narahat edən problemlər öyrənilmiş, fəaliyyətlərinin
genişləndirilməsi məqsədi ilə iş adamlarına lazımi köməklik göstəriləcəyi
bildirilmişdir.
2022-ci il ərzində rayon icra hakimiyyəti vətəndaşların ərizə və
müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun baxılmasını diqqət mərkəzində
saxlamışdır.
Milli Qəhrəmanlar, Vətən müharibəsi qəhrəmanları, onların ailə üzvləri,
şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər imtiyazlı vətəndaşlar
rayon İcra hakimiyyətində növbədənkənar qəbul edilirlər.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, içməli su, rabitə və digər
xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən,
təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib,
mövcud problemlərə toxunulub.
Çıxışının sonunda rayon rəhbəri Dövlət başçısının uğurla həyata keçirdiyi
davamlı inkişaf strategiyasının, tapşırıq və tövsiyələrinin bundan sonra da
ardıcıl həyata keçiriləcəyinə, tərtərlilərin ölkəmizin hərtərəfli inkişafına yeni
töhfələr verəcəyinə, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqil
dövlətçilik strategiyasına sadiq qalacağına inamını ifadə edib.
Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev, rayon Statistika İdarəsinin
rəisi Ədalət Məmmədov və digər çıxış edənlər 2022-ci il ərzində ölkəmizin
və Tərtər rayonunun sosial-iqtisadi inkişafına xidmət edən fəaliyyət
sahələrində əldə olunan uğurlardan danışıb, rayonda aparılan abadlıq,
quruculuq işlərini, infrastruktur lahiyələrinin əhalinin rifah halının daha da
yaxşılaşmasına xidmət edəcəyini vurğulayıblar.
Sonda rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirak edən
bir qrup şəxsə rayon icra hakimiyyətinin fəxri fərmanları, üç nəfər dövlət
qulluqçusuna isə dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə
təşəkkürnamələr təqdim edilmişdir.
Tarix: 29-12-2022, 21:40