Tovuz rayonu,Vahidli kənd sakini, şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmmədqızı tərəfındən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Nəzərinizə çatdırıram ki,bir ildən artıqdır ki, dəfələrlə mətbuatda bildirmişəm ki, Kənd Təsərrüfatı nazirliyi oğlum Həsənov Naməddin Tofiq oğlunu qanunsuz olaraq əmək müqaviləsininmüddətinin başa çatmasını əsas götürərək işdən azad edib. Bildirirəm ki, bununla bağlı KəndTəsərrüfatı nazirliyinin mətbuat xidmətindən Meydan tv-yə yalan məlumat verərək əslindəmediyanı çaşdırmağa çalışırlar.Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidmətindən Meydan tv-yəbildirilib ki, Həsənov Naməddin Tofiq oğlunun vəzifəsi ixtisara düşüb, ona başqa iş təklif olunubvə qəbul etməyib.İnam Kərimov və onun savadsız,qeyri-peşəkar komandasına mətbuatxidmətinin verdiyi məlumatın ağ yalan olduğunu faktlarla sübut edirəm. 1.Aqrar Xidmətlər Agentliyinin 01 oktyabr 2021-ci il tarixli, 286/k nömrəli əmrinin surətini müraciətimə əlavə edirəm. Əmrin sonunda qeyd olunub ki, ƏSAS: N.Həsənovla bağlanmış müddətli əmək müqaviləsi. 2.Əgər həmin vəzifə ixtisara düşübsə həmin vəzifəyə,oğlumun yerinə başqasını necə təyin ediblər və bu təyinatda da dəfələrlə qeyd etdiyim kimi Korrupsiyaya Qarşı Mübarizə haqqında qanunun 7-ci maddəsi kobud şəkildə pozulub. 3.Dəfələrlə qeyd etdiyim kimi Nazirlər Kabinetinin, yəni hökumətin 15 yanvar 1994-cü il tarixli,10 saylı qərarının 3.2.9. bəndində qeyd olunur ki,idarə və təşkilatlarda ixtisar gedərsə şəhid ailəsi üzvlərinə üstünlük verilir, yəni şəhid ailəsinin üzvləri ixtisara düşmür, təşkilatın fəaliyyəti tam dayandırılarsa şəhid ailəsi üzvüləri başqa təşkilatda işlə təmin olunurlar.Oglumun işlədiyi təşkilatda heç bir ixtisar getməyib,əksinə idarənin fəaliyyəti daha da genişləndirilib.Oğlumun əmək müqaviləsinə xitam verərək yerinə isə cənab prezidentimizin tapşırıqlarının və Nazirlər Kabinetinin qərarının tam əksinə olaraq səriştəsiz,müharibədə iştirak etməyən birini təyin ediblər. 4.Necə olur ki, respublika üzrə fəaliyyət göstərən təşkilatda yalnız bir ştat ixtisara düşür və o da şəhid və veteran qardaşının işlədiyi vəzifə olur.Çünki həmin vəzifədən başqa rayonlarda da var və onlar niyə ixtisara düşməyib. 5.Kənd Təsərrüfatı nazirliyinin əməkdaşı Rəşad Vahabzadə şikayət etdiyimizə görə bizi təhqir edib və bildirib ki, ərizəsini yazıb işdən azad olunub. Həmin səs yazısını da müraciətimə əlavə edirəm.Əslində isə ixtisasca neftçi olan Rəşad Vahabzadə işdən azad oıunmayıb və nazirlikdə at oynadır və vəzifəli şəxsə yaraşmayan ifadələrlə şəhid ailəsini təhqir edir. Cənab prezident! Ölkənin Kənd Təsərrüfatını bərbad və acınacaqlı vəziyyətə salan, Kənd Təsərrüfatı nazirliyinin kadr korpusunu məhv edən, ölkəni aclıq və fəlakətə sürükləyən, şəhid anasını vətənini,dövlətini və millətini sevən oğullar böyütdüyünə ğörə peşiman edən İnam Kərimov haqqında təcili və ciddi tədbir görməyinizi Sizdən xahiş edirəm.Əks halda ölkəni ərzaq böhranından xilas etmək mümkün olmayacaq".
Məsələ ilə bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...