Naxçıvan quzğunları

Naxçıvan quzğunları
Dünyanın ən çirkin, amma çox faydalı quşları var. Leşyeyənlər fəsiləsi.
Faydalı olmaları ondan irəli gəlir ki, leşyeyənlər dünyada “sanitarka” vəzifəsini yerinə yetirirlər: murdar olmuş canlıları yeyib dünyamızı təmizləyirlər.
Hazırda Yer üzündə 16-sı qədim, 7-si yeni dünyanın meydana gətirdiyi 23 quzğun növü yaşayır. Bir də bunlara Naxçıvan leşyeyənlərini əlavə etsək, olar 24.
Əsasən Naxçıvan coğrafiyasında yaşayan Xan leşyeyənləri öz fəsilədaşları arasında yeganə quzğunlardır kİ, sayları və adları saymaqla bitmir: Azər Zeynalov (Baş leşyeyən), Famil Seyidov (Naxçıvan iqtisadiyyatını darmadağın edib həzmi-rabedən keçirən adam), Natəvan Qədimova (mədəni leşyeyən), Seymur Talıbov (Xanzadə Akbaba) və s. və ilaxır.
Xan leşyeyənləri arasında biri var ki, indiyədək gözümüzdən yayınıb. Onun varlığı barədə ilk məlumatı bizə Elvin Hüseynov adlı facebook istifadəçisi verib. Polad Akbaba adlı bu leşyeyicinin digər bir adı Mahir Əliyevdir. Gəlin, bu leşyeyənin qısa tərcümeyi halını Elvin Hüseynovdan öyrənək:
Vasif Talibovun oğru məmurlarından biri də Naxçıvan Dəmir Yolları MMC-nin direktoru Mahir Əliyevdir. Day-dayısı da Azər Zeynalovdur. 1 ayın içində 2021ci il sentyabrın 17-dən başlayaraq 700-ə yaxın işçini ixtisara göndərdi. 7 aya yaxın işçilərin pulun vermədi. Etiraz edənə də dedi ki, xoşuna gəlməyən işdən çıxsın. Öz qohum əqrabasını yığdı vəzifələrə. Yeznəsi yanacaq anbarının rəisi qoydu.
Qohum-əqrabaları ilə əl-bir olub Naxçıvanda istifadə olunmayan vaqonları kəsib doğrayıb satdılar. Bu adamı araşdırsanız hələ nələrə şahid olacaqsınız”.
Heydər OĞUZ
//ovqat.com//
Tarix: 2-01-2023, 14:07
Xəbəri paylaş





Xəbər lenti