Barı Cavadxanın adını bura qoymazdınız... - GƏNCƏDƏN ŞİKAYƏT


Cavadxan qəsəbəsi Gəncənin ən böyük yaşayış massivlərindən biridir. Ancaq məktəbi yoxdur. DİA.AZ bildirir ki, təhsil almaq üçün Gəncə şəhərinə getmək məcburiyyətində olan məktəblilər şəhərin 3 məktəbinə səpələnib.

Üstəlik yolların baxımsız olması qış aylarında 3-7 km məsafəni qət edərək təhsil ocağına çatmağa çalışan məktəblilərin vəziyyətini daha da acınacaqlı hala salır. Uşaqların bu qədər uzaq məsafəni piyada qət etməyə məcbur olması isə məsələnin digər çətin tərəfidir.Vəziyyətdən təkcə uşaqlar yox, vaideynlər, müəllimlər də təngə gəlib. Rəsmi qurumlar isə yaxın gələcəkdə Cavadxan qəsəbəsində məktəb tikintisi planlaşdırılmadığını deyir.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı Siam.az olaraq bütübn əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...
Tarix: 3-01-2023, 09:49
Xəbəri paylaş





Xəbər lenti