Azərbaycanın ən böyük kəndi: GƏNCƏ... - BU DA FAKT!!!


Azərsu Açıq Səhmdar Cəmiyyətinin yerlərdə olan Su Kanal İdarəsi adlı qurumu yenə etdiyini edib.

Sirr deyil ki, dəfələrlə ölkə paytaxtında və regionlarda kanalizasiya, su xətlərinin çəkilməsi məqsədilə qazılan yolların yenidən bərpa olunmaması ilə bağlı faktlarla üzləşmişik.

Bu dəfə eyni problemlə Gəncə şəhərinin Xudat Rəfibəyli küçəsinin sakinləri üzləşiblər.

Kanalizasiya və su xəttlərinin çəkilməsi məqsədilə dağıdılan asfalt örtük qazılıb, yollar darmadağın edilib. Ərazidə nəzərdə tutulan işlər görülsə də, sonradan bərpa işləri aparılmayıb. Su və kanalizasiya xəttləri yenilənib, ancaq dağıdılmış asfalt örtük əvvəlki vəziyyətinə qaytarılmayıb. Halbuki xəttlər çəkildikdən sonra asfaltın bərpa olunacağı barədə vəd verilmişdi.

Hazırda Rəfibəyli küçəsi keçilməz olaraq qalmaqdadır

Dağıdılmış asfaltın yerində yaranan çala-çökəklər, dərin xəndəklər yağış suları ilə dolaraq gölməçələr yaranmasına səbəb olub. İş o yerə çatıb ki, yağışlı günlərdə ərazidə hərəkət etmək mümkünsüz hala gəlib. Hətta bəzi yerlərdə kiçik gölməçələr yox, böyük göllər müşahidə etmək olar.

Sakinlər deyirlər ki, “Rəfibəyli küçəsindən keçmək istəyənlərə uzunboğaz çəkmə və qayıq lazımdır. Əks halda batıb qalacaqlar. Məsələ budur ki, nə İcra Hakimiyyəti, nə də digər qurumlar məsələnin həllində maraqlı deyil. Olan isə bizə olur, yararsız hala düşən yol günü-gündən bərbad olur”.

Rəsmi qurum "Zamanı deyil", deyir

Yaradılmış problemlə bağlı rəsmi rəy almaq üçün üz tutduq Gəncə şəhər İcra Hakimiyyətinə. Qurumdan bildirdilər ki, Rəfibəyli küçəsi “Açıq Kommunal İnfrastuktur Proqramı 2” layihəsinin icrası tam yekunlaşdıqdan sonra düzələcək. Sözügedən yaşayış massivində nəzərdə tutulan işlər isə hələ yekunlaşmayıb.

Belediyye.net

Azərbaycanın ən böyük kəndi: GƏNCƏ...
Azərbaycanın ən böyük kəndi: GƏNCƏ...
Azərbaycanın ən böyük kəndi: GƏNCƏ...
Azərbaycanın ən böyük kəndi: GƏNCƏ...

0
Tarix: 7-01-2023, 09:30
Xəbəri paylaş





Xəbər lenti