Lənkəranda biabırçı mənzərə: Mərkəzi küçə baxımsız vəziyyətdə - VİDEO
Lənkəran rayonunun mərkəzi küçəsi baxımsız vəziyyətdədir. Rayonun Səttərxan küçəsində əvvəllər Dəri-Zöhrəvi Xəstəlikləri Dispanseri yerləşib. Dispanser Lənkəran Rayon Mərkəzi Xəstəxanasına köçürüləndən sonra ərazi məişət tullantılarının poliqonuna çevrilib. “İtlərin əlindən küçəyə çıxmaq olmur. Kimin əlində zibil olur, gətirib atır bura. Yayda burada iydən dayanmaq olmur”, - deyə sakin İdrak Dadaşov qeyd edib. Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb. Daha ətraflı Baku TV-nin süjetində: