Göyçayda sahibkarlar şikayətçidir: Prezidentin tövsiyələri eşidilmir? - NARAZILIQ VAR!


Son vaxtlar Göyçay rayonunda sahibkarlar şantaja məruz qalırlar.

Sfera.az-a daxil olan məlumata görə, rayonda vətəndaşların hüquq müdafiəçisi rolunda çıxış etməli olan hüquq mühafizə orqanlarından birinin rəhbəri reket blogerlərdən biri ilə əlbir olaraq yerli sahibkarlar haqqında iftira xarakterli yazı dərc etdirir.

Reallıqdan uzaq olan bu yazılar yayımlandıqdan sonra isə aidiyyatı orqanlar tərəfindən "araşdırma" aparılır.

Yayımlanan absurd materialların real olduğunu nümayiş etdirmək üçün, eləcə də sahibkarların işinin çətinləşdirilməsi niyyəti ilə həmin hüquq mühafizə orqanları hətta yerli icra hakimiyyəti orqanının nümayəndələrinə də təzyiq göstərməkdən çəkinmir.

Bu isə öz növbəsində yerli sahibkarların haqlı narazılığına səbəb olur və iş əmsalına ciddi şəkildə təsir edir.

Bir neçə ay öncə Göyçaya yeni icra hakimiyyəti başçısının təyin edilməsi bu reketçiliyə son qoyulması ümidini yaradıb. Sahibkarlar inanırlar və gözləyirlər ki, ən qısa müddətdə əmlaklarının mənimsənilməsinin önü alınacaq.

Əks halda bu narazılıq dövlət başçısı tərəfindən aparılan islahatlara kölgə salır. Bu qeyri leqal təqibə isə heç bir məmur don geyindirə bilməz.

Prezident İlham Əliyev dəfələrlə ölkədə sahibkarlığın inkişafının prioritet məsələ olduğunu deyərək, müxtəlif islahatlarla sahibkarlara dəstəyini ifadə edib.

P.S. Etik prinsiplərə görə ( şəxsi razılıq olmadığı üçün - red) yayımlanan materialda sahibkarların və təqsirləndirilən şəxslərin adları göstərilməyib.

Prosesi nəzarətdə saxlayacağıq.
//Sfera.az//
Tarix: 11-01-2023, 14:43
Xəbəri paylaş





Xəbər lenti