Şəki rayonun Aşağı Göynük kəndində yaşayan Şəhid ailəsi Əbdürəhimov Sadiq Məmmədəli oğlu ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mən ailəmə məxsus şəxsi 5 ha pay torpağının 4.5 ha -da 4 ildir ki, yonca bitkisi əkib sonra onu bağalamlarla tədarük edir və satıram. Əldə etdiyim gəlirlə şəhid ailəsi olaraq dolanırıq. Bizim 9 nəfərlik ailəmizə verilən mülkiyyət “Daşlı girmə” adlanan ərazidə yerləşir. Mən buraya xərc çəkib yonca becərmişəm ki, heyvandarlıqla məşğul olub ailəmizi dolandıraq. Budur, neçə vaxt idi ki, kimsə öz qoyun və malq-qara sürüsünü bizim və camaatın ot sahəmizə salıb otarırdı. Öyrəndik ki, kəndimizdən 70 km aralıda olan Şəki şəhər İcra Hakimiyyətinin Qayabaşı kənd İcra nümayəndəsi Cabir adlı birisidir. O, 120 baş şəxsi inəklərini və 300 baş qoyunlarını yenədə gətirib töküb pay torpaqlarımıza Heç nəyə baxmadan basıb otarır, özbaşnalıq edirdi. Bütün kənd camaatının da ot sahələrinə bilə bilə ziyan vururdu. Budur, hamılıqla şikayətlər edirdik xeyri yox idi. Bir il əvvəl dövlət məmurunun bu mal-qarasının hamısını şəxsi ot sahələrimizdən çıxarıb 6 km məsafəni sürüb gətirdik Şəki- Qax magistral yoluna ( 18-ci km-yə) toküb etiraz etdik ki, tədbir görülsün. Yol bağlandı. Polislər gəlib yolu açdılar. Bunların əlindən biz qışda şəxsi mal-qaramıza verməyə ot tapmırıq. Bütün kənd camaatı bu vəhşiliyə, saymazlığa, qanusuzluğa, məmur malı özbaşnalığına qarşı Qax –Şəki yolunun ortasında etiraz etdik. Bundan sonra yaxşı ki, mənim 8 sentyabr 2021-ci il tarixli şikayətimə yaxşı ki, 14 sentyabrda Daxili İşlər Nazirliyindən zəng vurub maraqlandılar. Və dedilər ki, Şəki Polisinə məlumat verərik araşdırılar. Amma hələlik əksini gördük. Qayabaşı Kənd İcra Nümayəndəsi Cabirin şəxsi biznesini artırmaq üçün gətirib bizim şəxsi yerlərimizdə 120 baş mal-heyavanını çox sərbəst formada otarır. Elə bil dədəsinin-cicisinin yeridir. Bu məmuru başa sala bilmirik ki, bu torpaqlar özəldir, pay torpaqlarıdır. Örüş sahəsi deyil. Baxan yoxdur. Heç yerə gedəsi fikri də yoxdur. Şikayətimizə də baxan yox, süründürməçilik edir Şəki Dövlət Aqrar İdarəsi də o biri strukturlar da. Nəhayət, 2021-ci ilin dekabrında mənə çağırıb Şəki Polis Şöbəsində dəymiş ziyana görə 600 manat verdilər. Yəni, bir dəfə sahəmin bir hissəsini otardığına görə vurduğu 1200 manat ziyanın yarısını ödəmək istədikdə mən onu bağışladım və hesab etdim ki, dövlət məmurudur, yəqin səhvini başa düşər, bir də belə səhvə yol verməz. Amma yanıldıq. Budur, 2022-ci ilin sentyabrından yenə də həmin Cabir- Qayabaşı kən icra nümayəndəsi bu dəfə də 120 baş iribuynuzlu mal qarası ilə gəlib yenə özəl pay torpaqlarımızda basıb inəklərini, öküzlərini otarır. 2022-ci il sentyabrın 22-də DİN-nin 102 xidmətinə zəng edib şikayət etdim ki, dövlət məmurunun özbaşnalığına son qoyun. Sonra 23 sentyabrda Şəki Polis Şöbəsinə şikayət etdim. 04 oktyabr 2022-də rəsmi cavab verdi ki, müraciətiniz əsasında Dərəcənnət kənd sakini Xudiyev Musa ( cabirin nökəri-çobanı) İXM-nin 290.1.1 maddəsi üzrə protokol yazılıb. Yəni Cabirin yazıq bir çoban nökərinə cərimə yazıblar." Vəssəlam. Sonra oktyabrın ortasında Şəki İcra Hakimiyyəti başçısı Elxan Usubovun rəsmi qəbulunda oldum. Sağ olsunlar, şəhid ailəsi olduğuma görə məni 5 saatdan sonra ən axırıncı adam kimi qəbul etdilər . Və başçı bildirdi ki, gedin polisə şikayət edin. Şəki Polis Şöbəsindən və digər aidiyyatı qurumlardan rəsmi cavab verdilər ki, məhkəməyə şikayət edim. Bəli, cavabdehin mal-qarasının şəxsən mənə məxsus 4.5 ha yonca sahəsinə vurduğu ziyan hamımıza bəllidir. 1 ha-dan 180 ədəd yonca-pres bağlaması götürürəm. Yəni həmişə hər çalımda təxminən 800 bağlama əldə edirəm. Bazarda hər bağlamanın satış qiymətinin 5 manat olduğunu nəzərə alsaq deməli ən azı mənə 4000 manat maddi ziyan dəymişdir. Elə bir o qədər də mənəvi ziyan dəymişdir. Ona görə də cavabdehdən mənə dəymiz maddi və mənəvi ziyanın ödənilməsini tələb edirəm. Sonra mən cənab Prezidentə də şikayət məktubu yazdım və xahiş etdim ki, Qayabaşı kəndində uzun illər təmsil edən kənd lcra nümayəndəsi Cabiri başa salasınız ki, onu bu vəzifəyə şəhid ailələrinin, əlillərin pay torpaqlarında özbaşnalıq edib mal-qara otarmağa yox, kənddə camaatın problemlərilə məşğul olmaq üçün təyin ediblər. Axı bu dövlət məmuru 120 baş iribuynuzlu, 340 baş xırdabuynuzlu mal-qaraya necə sahib olub? 2022-ci ilin noyabrında izahat vermək üçün Yerli Polis İdarəsinə dəvət olunan Cabir burada da özünü çox tərbiyəsiz apardı, qışqırıb bağırdı. Ona görə də ona qarşı müstəntiq ictimai yerdə və dövlət idarəsində xuliqnlıq hərəkəti etdiyinə görə barəsində inzibati protokol tərtib etdilər. Polsi İdarəsində də hay-küy qaldıraraq üstümə qışqırdı və hədə-qorxu gəldi ki, "baxarıq sən ölənə qədər yerində mal-qaramı zorla otaracağam." Mən də müstəntiqə iradımı bildirim ki, Siz məni bu yaramazın hədə-qorxusuna qulaq asmaq üçün dəvət etmisinizmi?, Mənim şəhid qardaşım Faiq ondan ötürü qanını bu Vətən torpağında tökməyib ki, hansısa tərbiyəsiz, harınlamış məmur şəhidin qardaşının üstünə qışqırsın, hədə-qorxu gəlsin. Əslində günah belə tərbiyəsiz, özünü dövlət idarələrində, ictimai yerlərdə apara bilməyən, hansısa gədə oliqarxa arxalanaraq bizi kimi kasıb insanların özəl torpaq sahələrində qoçuluq etməsinin qarşısını ala bilməyən rəhbərlikdədir. Çünki cənab Prezident də dəflərlə məmurlarına bildirib ki, məmurlar yerlərdə xalqın xidmətçiləri olmalıdırlar, problemlərini həll etməlidirlər." Ama biz bu tapşırığın əksini görürük. Tələbin hüquqi əsasları: Aşağıdakılara və yuxarıda qeyd olunan işin faktiki hallarına əsasən hesab edirəm ki, mənə vurduqları maddi və mənəvi ziyana görə cavabdeh cəmi 4000 manat maddi ziyana görə, 4000 manat isə mənəvi ziyana görə pul vəsaiti tutularaq mənə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətəbiqi təcrbüəsi haqqında” Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Göstərilən maddi hüquq normalarını işin hallarına tətbiq etdikdə aydın olur ki, cavabdeh mənə zərər vurub ( mülkündə olan cəmi 450 baş iri və xırdabuynuzlu mal-qara ilə yonca sahəmi otarmaqla ). Mülki qanunvericiliyin tələbinə görə cavabdeh həmin zərəri ödəməyə borcludur. Cavabdeh hazırda məhkəmədən kənar qaydada zərərin ödənilməsindən birinci dəfədən fərqli olaraq yayınır. Belə olan halda mənə dəymiş zərəri məhkəmə qaydasında tələb edirəm. Həmin zərər vurma nəticəsində mənə dəymiş maddi ziyanı 4000 manat vəsait kimi qiymətləndirirəm. Qeyd edirəm ki, qeyd olunan zərər vurma nəticəsində həmçinin mənəvi iztirablar çəkmişəm. Bunun nəticəsində də mənə mənəvi zərər dəyib. Mənə dəymiş mənəvi ziyanı 4000 manat vəsait kimi qiymətləndirirəm.
Göstərilənlər əsasında mənim pozulmuş mülki hüquqlarımın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4-cü maddəsinə əsasən qorunması zərurəti yaranıb. Belə ki, hazırki işin hallarına uyğun olaraq hazırki iddianı qaldırmaq üçün subyektiv hüququm var".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
QEYD: Artıq şikayətçi tərəf eyni məzmunlu müraciətlə məhkəməyə üz tutub...