Təhlükə saçan elektrik dirəkləri nə zaman yenilənəcək? - VİDEO


Tovuzun Ağbaşlar kəndində elektrik dirəkləri və naqilləri qəzalı vəziyyətdədir.
Belə ki, uzun illərdir həllini tapmayan problem sakinlərin həyatı üçün təhlükə yaratmaqla yanaşı, qeyri-sabit hava şəraitində elektrik enerjisinin kəsilməsi ilə nəticələnir.
“Külək əsəndə, yağış, qar yağanda işıq üzünə həsrət qalırıq. Hətta qar yağanda günlərlə işıq olmur”, - deyə kənd sakini qeyd edib.
Sakinlər deyirlər ki, çox vaxt naqillərdə hər hansı problem yarandıqda məcbur qalıb, özləri düzəldirlər.
Ətraflı Bakı TV-nin süjetini təqdim edirik:

Tarix: 17-01-2023, 10:45
Xəbəri paylaş





Xəbər lenti