Tərtərdə "20 Yanvar faciəsi"nin 33-cü ildönümü münasibətilə rəsm sərgisi keçirilib
"20 Yanvar faciəsi"nin 33-cü ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Tərtər rayonu üzrə təhsil sektorunun tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib. Bu barədə SİAM.AZ-a yerli RİH-dən məlumat verilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov iştirak ediblər. Tədbirində çıxış edənlər xalqımızın azadlıq mübarizəsindən, 33 il əvvəl Bakıda törədilən qanlı hadisənin səbəbləri və ağır nəticələrindən danışıblar. Bildirilib ki, 20 Yanvar xalqımızın tarixinin həm hüzn, həm də şərəf günüdür. Çıxışlardan sonra sərgiyə baxış keçirilib.