Balakəndə “Kərpic zavod” sakinlərin torpağını daşıyır… - VİDEO
Balakən rayonu, Meşəşambul kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, onlara verilən pay torpaqlarını “Kərpic zavod” adlanan müəsisə mənimsəyib:“Balakən rayonu, Meşəşambul kənd sakinləri olaraq, yazıb sizə bildririk ki, burada yerləşən “Kərpic zavod” saxta sənədlərlə bizlərə verilən pay torpaqlarını mənimsəyir. Bütün qurumlara müraciət edirik, amma bir nəticə əldə edə bilmirik. Bizə aid olan pay torpaqlarına “Kərpic zavod”a məxsus iri tonajlı maşınlar girir, icazəsiz torpağı daşıyırlar.
Biz həmin ərazidə nə əkin əkə, nə də heyvanlarımızı ora sala bilirik. Bütün kəndin yarısının hal-hazırda problemi budur. 6-7 metr dərinlikdə torpağı qazaraq daşıyırlar. İri maşınlar yolları darmadağın edib. Toz-torpaqdan evlərimizdə otura bilmirik. Qışda da palçıqdan. Yük maşınları evlərə yaxın ərazidən keçəndə, evlərimiz silkələnir, hasarlar çat verib.
Xahiş edirik, bu məsələni işıqlandırın. Bu “Kərpic zavod” heç bir qrumu saymır. Onlara kim haqq verib ki, kəndilərə aid pay torpaqlarına icazəsiz girib, oranın torpağını daşıyalar?”
Şikayətçilərin redaksiyamıza göndərdiyi videonu oxuculara təqdim edirik:
Tarix: 21-01-2023, 14:20