Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən
müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə
nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.Müşvairədə Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamlarının yerinə
yetirilməsi, Heydər Əliyev ili ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, icra
nümayəndələri tərəfindən ev təsərrüfatlarının başdan-başa gəzilərək uçot
məlumatlarının yenilənərək “ev təsərrüfatlarının uçotu sistemi”nə işlənməsi və nöqsan
və çatışmamazlıqların aradan qaldırılması, vətəndaş müraciətlərinə müvafiq
qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə baxılıb, özlərinin iştirakı ilə
araşdırılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin
problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi,
şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon
ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura
tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, növbəti pambıq
əkini üçün fermerlərlə bağlanmış müqavilələrin vəziyyəti, əkilmiş tut tinglərinin
becərilməsi, Tərtər şəhərində aparılan yenidənqurma və bütün yaşayış məntəqələrində,
yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov, rayon
Statistika İdarəsinin rəisi Ədalət Məmmədov çıxış ediblər.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti qrumların
rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Tarix: 21-01-2023, 16:44