İcra başçısı Dəmirçilər kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub

İcra başçısı Dəmirçilər kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 240 şagird yerlik
Dəmirçilər kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və
şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
SİAM.AZ bildirir ki, məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə
prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol
verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb
olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara
əməl olunmasını tövsiyə edib.
Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük
Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi
bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib,
şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən
danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.


İcra başçısı Dəmirçilər kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
İcra başçısı Dəmirçilər kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
İcra başçısı Dəmirçilər kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
İcra başçısı Dəmirçilər kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub

Tarix: 23-01-2023, 18:03
Xəbəri paylaş





Xəbər lenti