2023-cü ilin ilk günlərindən başlayaraq Tərtər şəhərində tikinti, abadlıq- quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur. Bu brədə Siam.az-a yerli RİH-dən məlumat verilib. Bununla bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhər ərazisində aparılan abadlıq-quruculuq işləri işlərlə yerində tanış olub, müvafiq tövsiyə və tapşırıqlarını verib. Hazırda şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov küçəsində avtomobil yolunun kənarları boyunca köhnəlmiş, yararsız bardürlar götürülərək yeniləri ilə əvəz olunur. Bardurların arxasına münbit torpaq qatı tökülərək yaşıllıq zonası yaradılır. Səkilər yeni asfalt örtüyünün salınması üçün hazırlanır. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır. Şıxəli Qurbanov küçəsində yerləşən Sabir parkında da yenidənqurma işlərinə başlanılmışdır. Əraziyə münbit torpaq daşınaraq hamarlanıb. Ağaclar budanıb, təmizlik işləri aparılıb. Köhnə, yararsız tamet daşları və bardurlar sökülərək yenisi ilə əvəz olunur, Həmçinin parkın ərazisində Mirzə Ələkbər Sabirin satirik əsərlərinin persanajlarına qoyulmuş heykəllər də təmir-bərpa olunacaq, istinad divarları aqlay daşları ilə üzlənəcək, yeni, müasir işıqlanma sistemləri quraşdırılacaq. Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov küçələrində də əsaslı təmir işləri aparılır, küçələr müasir standartlara uyğun olaraq yenidən qurulur. İstinad divarları hündürləşdirilir, aqlay və qaya daşları ilə üzlənir. Telekommunikasiya, işıq, qaz xətləri səliqəyə salınır, təmizlik, abadlıq işləri aparılır. Sakinlər şəhər ərazisində aparılan abadlıq-quruculuq işlərində razılıq edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.