Atamın sinəsindən itələyərək təhqir edib, bizi oradan qovdu
Ucar rayonu Qarabörk kənd sakini İsmayılov Elnur Əlikram oğlu tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcraçı direktoru cənab Vüqar Qurbanova müraciət ünvanlanıb. Bir nüsxəsi də Siam.az-a daxil olan müraciətdə deyilir:
"Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, məndə olan sudurqaya görə 10 il müddətində 2-ci dərəcəli əlil olmuşam.Əlilliyin müddəti bitdiyi üçün təkrar həkim komissiyasından keçib sənədlərimi Tibbi Sosial Ekspertiza Komissiyasına göndərdikdə mənə əlillik dərəcəsi təyin olunmasından imtina edilli. Bundan sonra mən Ucar rayon Xəstəxanasına gəlib xəstəlik sənədlərimi istədikdə direktor Zeynal Bayramlı mənə bildirdi ki, xəstəlik sənədlərin özündədir.Mən və atam direktor Z.Bayramlıya şahidlə subut etsək də ki, xəstəlik sənədlərim ondadır o buna əhəmiyyət vermədi.Atamın sinəsindən itəliyib təhqir edib, bizi oradan qovdu. Bu açıq aşkar qanunsuzluqdur ki, direktor Zeynal Bayramlı bizə qarşı edir. Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı insanlarla kobud rəftar edir.Ucar sakinləri müayinə və müalicə üçün qonşu rayonlara üz tuturlar. Mənim xəstəlik sənədlərimi Zeynal Bayramlı götürərək qəsdən məhv edib yadaki itirib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevdən və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcraçı direktoru cənab Vüqar Qurbanovda xahiş edirəm şikayətimi yerində mənim iştirakımla araşdırıb xəstəlik sənədlərimi itirib məhv etmiş, insanlarla kobud rəftar edən, dövlət xəstəxanasında ciddi qanunsuzluqlara yol verən Zeynal Bayramlının barəsində qanunu tədbirlər görəsiniz".
İddia olunanlarla bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...