İcra başçısı Yuxarı Sarıcalı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 220 şagird yerlik Yuxarı 
Sarıcalı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və 
şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi 
ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol verilməməsini, 
valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, 
“Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını 
tövsiyə edib.
Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən 
müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi bütövlüyü 
uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib, şəhidlərin qısa, 
ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, 
məktəblilərə təhsildə uğurlar arzulayıb.
Tarix: 26-01-2023, 20:42
Xəbəri paylaş





Xəbər lenti