Ucar rayon sakinləri tərəfindən bir VİDEO-ŞİKAYƏT hazırlanıb.
Siam.az həmin şikayətin mətnini təqdim edir: "Biz Ucar rayon sakinləri xəstəxanada baş alıb gedən özbaşınalığa, qanunsuzluğa görə çox əziyyət çəkirik. Ucar rayon Xəstəxanası Hüquqi Publik şəxsin direktoru Zeynal Bayramlının qanunsuz əməllərinə görə savadlı həkimlər öz ərizələrini yazıb işdən çıxıblar.Orada ancaq korrupsiyaya qurşanmış savadsız həkimlər qalıb.
Zeynal Bayramlı 15 ildir Ucar xəstəxanasına rəhbərlik edib ancaq talançılıqla məşğul olur.Dəfələrlə mərkəzi orqanlara şikayətlər etsəkdə tədbir görülməyib. Buna görə biz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə icraçı direktor Vüqar Qurbanova müraciət edib xahiş edirik korrupsioner Zeynal Bayramlı barədə tədbir görün.Siz belə yaramazı orada niyə saxlamısınız?"
İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...