Tərtərdə başçı vətəndaşları qəbul edib

Tərtərdə başçı vətəndaşları qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə
vətəndaşları qəbul edib. Qəbulda 42 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri
və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Bu barədə SİAM.AZ-a yerli RİH-dən informasiya verilib.
Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla,
işlə təmin olunma, Məşğulluq Mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin
olunma, maddi yardım, ev təmirinə köməklik, qonşu mübahisəsi, mənzillə təmin
olunma, əmək mübahisələri, sosial yardım, qaz çəkilişi, sahibkarlıq üçün torpaq
sahəsinin ayrılması, pay torpağının zəbt olunması və digər məsələlərlə bağlı müraciət
ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra
hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər
müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu
təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının
yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını
bildiriblər.

Tərtərdə başçı vətəndaşları qəbul edib
Tərtərdə başçı vətəndaşları qəbul edib
Tərtərdə başçı vətəndaşları qəbul edib
Tərtərdə başçı vətəndaşları qəbul edib


Tarix: 1-02-2023, 09:24
Xəbəri paylaş





Xəbər lenti