İcra nümayəndəsinin qanunazidd əməlləri niyə ört-basdır edilir?
Rüşvətxorluq, korrupsiya, süründürməçilik, məmur özbaşınalığı, vətəndaşların huquqlarının pozulması, məmurların vəzifəsindən sui istifadə halları və.s. Cəlilabad rayonunda bir müddət öncə adi hala çevrilmişdi. Bu məqsədlə rayonda hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən əmaliyyat tədbirləri nəticəsində Cəlilabad rayon icra hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov həbs edildi və layiqli cəzasını aldı. İnsafən qeyd etməliyik ki, rayona təyin edilmiş yeni rəhbərlik uzun müddətdir ki, rayonda yığılıb qalmış problemlərin həlli istiqamətində çabalar göstərməsinə rəğmən problemlərin əksər qismi yenə də öz həllini tapmır. Bunun da əsas səbəblərindən biri, illərdir dövlət orqanlarında kök salmış, öz şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutan bəzi harınlamış məmurların köhnə vərdişlərindən əl çəkə bilməməsidir. Rayon rəhbərliyinə verilən yalan məlumatlar isə bu işin əsas qayəsini təşkil edir. Cəlilabad rayonunun Qarağac kənd sakinləri tərəfindən redaksiyamıza üvananlanan şikayət məktubunda qaldırılmış problemlərin, Mediatv.az saytı olaraq aparılmış araşdırma nəticəsində hazırlanmış məqalələrin dərc edilməsi və sosial platformalarda ictimailəşdirilməsindən sonra rayon icra hakimiyyətinin qeyri rəsmi olsa da cavabı, yuxarıda söylədiklərimizin bariz nümunəsidir. Hörmətli, icra hakimiyyətinin sözçüsü bildirir ki, " Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşları deyilən ərazidə elektron uçot işləri aparmış, yaxın zamanlarda Qarağac kəndi ilə İncilli kəndi arasında olan torpaq mübahisələrinə aydınlıq gətiriləcəkdir. Görürsünüzmu? .. İcra hakimiyyətinin facebook səhifəsində vermiş olduğu, "başdansovdu" cavabı əslində bir sıra qaranlıq mətləblərdən xəbər verir.İcra hakimiyyəti qaldırılmış problemlə bağlı olan məsələnin həllini başqa səmtə yönəldilməklə, icra nümayəndəsinin qanuna zidd əməllərinə dolayısı ilə haqq qazandırır. Çünki biz Mediatv.az saytı olaraq qaldırdığımız problem Qarağac kəndi ilə İncilli kənd arasında olan torpaq mübahisəsindən deyil, Qarağac kəndinə aid olan örüş sahəsininin icra mümayəndəsi Mədət Nəzərli tərəfindən qanunsuz satılmasından bəhs olunur.Çox maraqlıdır, icra hakimiyyəti bu qanunsuzluqları görür və göz yumur. Bu, həmən Mədət Nəzərlidir ki, 30 ildən artıq bir müddətdir ki, sözügedən inzibati əraziyə rəhbərlik edir, 30 ildə bu ərazidə həyata keçirilən bütün islahatlarda birbaşa, ya da dolayısı ilə iştirak etmişdir və buna da uyğun olaraq məsuliyyət daşıyır. Lakin, bütün bu illər ərzində M.Nəzərli nəinki, inzibati ərazidə aparılmış qanunazidd torpaq islahatlarının yaratdığı məsuliyyətdan kənarda qalmış, üstəgəl özünə hektarlarla dövlətin torpaq sahələrini zəbt edərək üzüm bağları salmış, taxıl sahələri əkmişdir. (Bu barədə ötən yazımızda məlumat vermişdik).Bu inzibati ərazidın seçilən bələdiyyə sədrləri mütləq Mədət müəllimin "bığının altından" keçməlidir. Çünki, ərazidə tək söz sahibi bu olmalıdır. Yəni onun istədiyi adam ancaq "qutudan" çıxa bilər. Bu barədə də əməkdaşlarımızın xırda araşdırması olmuşdur. Məlum olmuşdur ki, Hamarqışlaq kənd inzibati ərazisinin bələdiyyə sədri Mədət Nəzərlinin katibi Firudin müəllimin qızıdır. Əslən Xəlilabad kəndindən olan bələdiyyə sədri xanım, Albalan kəndində gəlindir və evdar xanımdır. Ən maraqlısı isə, bu xanımın nə adını bilən, nədəki üzdən tanıyan bir şəxs tapılmadı.
P.S. 5-6 il bundan önce Heydər Əliyev Fondunun xəttilə Xəlilabad kəndində tikilən orta məktəbə cəmi 1 ildən sonra təmir adı altında ayrılan külli miqdarda vəsait hansı məqsədlərə xidmət edibdir. Bizi izləyin...
https://mediatv.az/karusel/105614-celila.html?fbclid=IwAR0c2Ht_eArgggrKewtEGrYXts_0Amm5quXdhaOpOGENGKmSOZK1aeJjAzg#.Y9krFflevXw.facebook
Tarix: 1-02-2023, 11:03