Tərtər Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında tədbir keçirilib




“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı 
Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 
2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin 
tədbirlər planına əsasən rayon icra hakimiyyətində  “Heydər Əliyev və Azərbaycan 
gəncliyi” və “Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzularında gənclərin  
iştirakı ilə ümumrayon tədbiri keçirilib.  
    Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini, sonra isə 
Şəhidlər Abidə Kompleksini ziyarət edib, abidələrin önünə gül-çiçək dəstələri düzərək 
xatirəsini ehtiramla anıblar.
 Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilən tədbirdə Umummilli 
Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir 
dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndərin həyat və 
fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
     Çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov  bildirib ki, dövlət  
gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq 
həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Ulu Öndərin birinci dəfə hakimiyyəti 
illərində  müxtəlif xarici ölkələrdə təhsil almağa göndərdiyi gənclər artıq ixtisaslı 
mütəxəsislər kimi öz yerini tutub. Ulu Öndər gənclərə arxalandığı kimi gənclər də onu 
böyük lider, əvəzolunmaz şəxsiyyət, milli dövlət quruculuğunun banisi kimi qəbul edirlər. 
Çünki Ulu Öndər ikinci dəfə hakimiyyətə gəlişi ilə 1988-ci ildən 1993-cü ilə qədər içtimai 
-siyasi proseslərdən kənarda qalmış gəncləri bir araya gətirdi, həmin illərin boşluğunu 
doldurdu.
   Emin Pənahov Ulu Öndərin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və 
qayğıdan, qəbul edilən sərəncam və fərmanlardan, gənclərin Heydər Əliyevin 
təşəbbüsü ilə keçirilən forumundan, Gənclər gününün təsis olunması haqqında da 
danışdı.
       Sonra rayon icra Hakimiyyəti yanında  fəaliyyət göstərən İçtimai şuranın üzvü, gənc 
fəal Orxan Mustafazadə, rayon mərkəzi xəstəxanasının həkimi Anar Salahzadə, 
Qapanlı kənd tam orta məktəbin müəllimi Nigar Qurbanzadə, Mədəniyyət  Mərkəzinin 
Kitabxanaçısı Sona Köçərli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət 
Xidmətinin  rayon şöbəsinin  rəisi Elşən Abdullayev cıxış etdilər. Çıxışlarda Ulu Öndərin 
“Azərbaycanın gələcəyi” hesab etdiyi gənclərə göstərdiyi diqqət və qayğı vurğulandı və 
əsası Ulu Öndər tərəfindən qoyulan gənlər siyasətinin respublika prezidenti cənab İlham 
Əliyev tərəfindən davam etdirildiyi bildirildi.
     Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov   
gəncləri 2 fevral-Gənclər günü münasibətilə təbrik edərək, ölkəmizdə gənclərlə bağlı 
dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Azərbaycan xalqının 
ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu, Heydər Əliyevin daim 
Azərbaycanın gələcəyi haqqında düşündüyünü, gənc nəslin inkişafına davamlı qayğı 
göstərirdiyini, Azərbaycana birinci rəhbərliyi dövründə gənclər siyasətinin əsaslarını 
yaratdığını, təhsil infrastrukturunu yenilədiyini, 2-ci dəfə hakimiyyətə gəldikdən sonra 
hələ ölkədə gərgin siyasi mühit olduğu bir dövrdə Azərbaycan Respublikası 
Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi 
yaradıldığını, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə  2 fevral 1996-ci ildə 
gənclərin I Forumunun keçirildiyini, forumun ildönümündə 2 fevral Azərbaycan gənclər 
gününün təsis edildiyini, bundan 2 il sonra 1999-cu ildə BMT-nin qərarı ilə Beynəlxalq 
gənclər gününün elan olunduğunu, gənclərlə bağlı bir sıra sərəncam və fərmanların 
imzalandığını bildirdi. 
İcra başçısı Azərbaycanda həyata keçirilən gənclər siyasətinin gənc nəslin hərərəfli 
inkişafı üçün şərait yaratdığını, onları vətənpərvər ruhda formalaşdırdığını, bu 
baxımdan, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, 
əzmini bütün dünyaya nümayiş etdirdiyini bildirdi. O, çıxışını əsası Ulu Öndər tərəfindən 
qoyulmuş gənclər siyasətinin davamçısı respublika Prezidenti cənab İlham Əliyevin 
Azərbaycan gənclərinin vətənpərvərliyi barədə dediyi sözlərlə bitirdi. “Biz qəlbində güclü 
Vətən sevgisi olan gənc nəsil yetişdirdik. Hətta torpaqlarını görməyən gənclər bir arzu 
ilə yaşayıb ki, ədalət bərpa olunsun və onlar öz doğma torpaqlarına qayıtsınlar.”
       Tədbirdə rayonun içtimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə rayon 
icra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatı tərəfindən fəxri fərman, 
Yeni Azərbaycan Partiyasının üzvülük vəsiqələri, 2 nəfər Vətən müharibəsi iştirakçısına 
isə “Vətən müharibəsi iştirakçısı" medalı təqdim edilib.
Tarix: 2-02-2023, 08:27
Xəbəri paylaş





Xəbər lenti