Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Budo üzrə Astara
rayonunda keçirilən zona yarışında qələbə qazanan gənc idmançılarla görüşüb.Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Gənclər və İdman İdarəsinin rəisi
Emin Pənahov, məşqçi müəllim Ağabəy Vəlizadə və 27-29 yanvar 2023-cü il tarixində
Azərbaycan Budo Döyüş Növləri Fedarasiyasının Astara rayonunda keçirdiyi açıq
çempionatda iştirak edərək 1-ci yeri tutan “qızıl kəmər“ qazanmış tərtərli gənc
idmançılar- Arzuman Səfərli, Məhəmmədəli Quliyev, İsrafil Əliyev, Şamxal Abuzərli,
Sevda İmanova, Fərid Mehtiyev və Təbriz Qulzadə də iştirak ediblər.
Rayon rəhbəri idmançıları 2 fevral-Gənclər Günü və qələbə qazanmaları münasibəti ilə
təbrik edib, onlara gələcək yarışlarda uğurlar diləyib, respublikamızda bədən tərbiyəsi
və idmanın inkişafına ölkə prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və
qayğıdan danışıb, rayonumuzda Uşaq Gənclər İdman və Şahmat Məktəbinin, Olimpiya
İdman Kompleksinin tikilib istifadəyə verilməsinin bu qayğının təzahürü olduğunu
bildirib.
Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Olimpiya İdman Kompleksinin məşqçi
müəllimi Ağabəy Vəlizadə cıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına
göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın
kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıblar.
Onlar idmanın inkişafına və idmançılara göstərilən diqqət va qayğıya görə Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Təbdbirdə icra hakimiyyətinin başçısı tərəfindən qələbə qazanmış idmançılara fəxri
fərmanlar təqdim edilib.
Tarix: 2-02-2023, 08:34