Xaçmazda dövlət büdcəsinə və ekologiyaya ziyan vuran kimlərdir" - VİDEO
Xaçmaz rayon Çılğır kənd sakini İlyas Ramazanov "Kanal14" YouTube kanalına yenidən müraciət edib.
"DogruXeber.az" bildirir ki, "Kamalın zamanı" proqramında canlı yayıma bağlanan İlyas Ramazanov hektarlarla torpaq sahəsinin Xaçmaz rayon Mərkəzi Xəstəxanasında rentgenoloq olaraq, çalışan Kamil adlı həkim tərəfindən mənimsənildiyini, mənimsənilən ərazinin isə bir neçə müddətdir şumda olduğu halda, taxıl əkilmiş sahə kimi subsidiya aldığını - bu yolla dövlət büdcəsinə qəsdən ziyan vurulduğunu deyib.
Hətta, Ilyas Ramazanov onu da bildirib ki, sözügedən ərazidə bir neçə qovaq ağacları da ərazində mənimsəyən şəxslər tərəfindən kəsilib. Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsinə bu barədə müraciət etdikdə isə, "məlumatımız var" cavabı verilib.
Qeyd edək ki, İlyas Ramazanovun iddiaları ilə bağlı Kamil həkimin və ərazi üzrə cavabdeh olan bələdiyyə və rayon rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq.