Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə rayon icra hakimiyyətində geniş tərkibdə müşavirə keçirilib



Müşavirə iştirakçıları əvvəlcə qardaş Türkiyədə  baş vermiş zəlzələ nəticəsində 
dünyasını dəyişmiş  insanların ruhuna ehtiram əlaməti olaraq onların  xatirəsini bir 
dəqiqəlik sükutla yad ediblər.

Rayon  rəhbəri  təbii fəlakət nəticəsində həlak olanların ailələrinə dərin hüznlə 
başsağlığı verərək, onlara rəhmət diləyib, rayonumuzun sakinlərini də zəlzələdən 
əziyyət çəkmiş, ev-eşiyini itirmiş qardaş  ölkənin vətəndaşlarına yardım kampaniyasına 
qoşulmağa çağırıb. O, Umummilli Liderin “Biz bir millət, İki  dövlətik”  və Atatürkün 
“Azərbaycanın sevinci ,bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim 
qardaşımızdır” sözlərini yada salıb, Türkiyə-Azərbaycan dostluğunun  tarixi köklərindən, 
hər iki ölkənin tarixin çətin sınaqlarında bir-birlərinə göstərdikləri dəstəyi vurğulayıb.
Müşavirədə vətəndaş müraciətlərinə baxılması, xüsusən şəhid və qazi ailələrinin, 
aztəminatlı ailələrin   problemlərinə həssaslıqla yanaşılması, onların problemlərinin həlli 
istiqamətində operativ tədbirlərin görülməsi, qəbullarda vətəndaş məmnunluğunun 
təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə 
işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, xidmət təşkilatlarında 
satışdan əldə olunan vəsaitlərin yığılması,  ərazidə aparılan tikinti işlərinin mövcud 
qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, mövsümi 
işlərin vaxtında aparılması, əkin sahələrinin suvarma suyu ilə təminatı, bütün yaşayış 
məntəqələrində, yolkənarı ərazilərdə təmizlik və abadlıq işlərinin   aparılması, cari ildə 
dövlət  sifarişli  kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsinə diqqətin artırılması,  
pərakəndə küçə ticarəti ilə məşğul olaraq səkilərdə piyadaların hərəkətini çətinləşdirən, 
natəmizlik yaradan şəxslərlə maarifləndirici söhbətlərin  aparılması, onların yalnız 
əvvəlcədən müəyyən edilmiş ərazilərdə fəaliyyət göstərmələri və sair barədə məsələlər 
müzakirə edilib. Müzakirə olunan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar 
nümayəndəliklərə, idarə, müəssisə rəhbərliklərinə  tapşırıq və tövsiyyələr verilib.
 Müşavirənin sonunda  dövlət qulluğunda pensiya yaşına çatmış rayonun Hacıqərvənd 
kənd İƏD üzrə nümayəndənin müavini Vaqif Aslanov və Səhlabad kənd  İƏD üzrə  
nümayəndəliyin  baş məsləhətçi-baş mühasibi Oktay İsmayılova rayon icra hakimiyyəti 
tərəfindən təşəkkürnamə və qiymətli hədiyyə  təqdim olunub.
Tarix: 8-02-2023, 21:55
Xəbəri paylaş





Xəbər lenti