Seymur Orucov sakinlərdən başqa hər kəsin xidmətindədir... - İLGİNC İDDİALAR...
Sözün düzü, Ağstafa rayon sakini Səfiquliyeva Balaxanım Əhməd qızının redaksiyamıza daxil olan şikayət məktubu bu yazının yazılmasına səbəb oldu. Yoxsa, ilin-günün bu vaxtında bizim hansısa icra başçısı ilə nə qəsd-qərəzimiz ola bilər..?
Vətəndaş Balaxanım Səfiquliyeva haray salır ki, köhnə evim var başıma uçur, bir gün bu evin uçqunu altında qala bilərəm. Doğrudan da, Balaxanım Səfiquliyevanın göndərdiyi şəkillərə baxanda adam dəhşətə gəlir. XXI əsrdə azərbaycan insanı niyə bu vəziyyətdə olmalıdır..?
Bu ölkənin bu boyda sərvəti var, özü də sayımız bir şəhərin əhalisi boyda deyil, cəmi 10 milyondur. İnsaf naminə onu da qeyd edək ki, cənab Prezident imkansız ailələr üçün ictimai işlər adı ilə müəyyən əmək haqqı ayırır, yardımlar edir... Amma icra başçıları həmin imkansız ailələrə verilən maaş kartlarını ciblərində gəzdirirlər... Belələri haqqında bir dəfə cənab Prezident dedi ki, xalqdan, qanundan qorxmursunuzsa, barı Allahdan qorxun... Amma nə olsun, bəzi icra başçılarının gözü doymur.
Təsəvvür edirsiniz, cənab Prezident qoca icra başçısını vəzifədən çıxarıb yerinə, cavan, xaricdə təhsil almış gənc kadrı təyin edir ki, bəlkə vəziyyət düzələr. Amma... Perzident açıq mətnlə məmurlara deyir ki, mən də, siz də bu xalqın xidmətçiləriyik...başa düşdünüzmü... Bundan artıq nə demək olar... Nə isə, binəva Ağstafa sakini yazır ki, dəfələrlə icra başçısı Seymur Orucovun qəbulunda olmuşam, deyirəm evim başıma uçur, dul arvadam, ərim ölüb, mənə kömək edin... İcra başçısı hər dəfə dul qadına deyir ki, sənə kömək etməyə imkanımız yoxdur... Binəva qadın yazır ki, icra başçısına deyirəm ki, imkan yoxdursa, bir övladım-oğlum var, ona iş ver, maaş alsın, evimizi özümüz təmir edək... İcra başçısı deyir ki, mənim iş yerim yoxdur, sənin oğluna verməyə... İndi özünüz deyin, binəva dul qadın haranın daşını başına salsın..? Bəlkə, oğluna desin ki, get oğurluq elə, cənab Seymur Orucov... Cənab Seymur Orucov, axı, Prezident İlham Əliyev cənabları səni o boyda rayona rəhbər təyin edəndə düşünürdü ki, etimadı doğruldacaqsan.
İndi gəlin görək, Seymur Orucov özü kimdir, nəçidir, necə icra başçısı olub, bu cavan oğlan..? 35 yaşında icra başçısı olan bu cavan oğlan sabiq millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi xanımın həyat yoldaşıdır, yəni kürəkənidir. Bu növcavan icra başçısının doğma dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyevdir. Möhbalıyev də Perzidentin sabiq köməkçisi Əli Həsənovla qudadır.... Cavan icra başçısının xanımı Çeşmi “Narxoz”da dekan olub, indi də Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın müşaviridir. Çeşmi xanım fermerdir, “parnik” (istixana) sahibidir, pomidor, xiyar yetişdirir. Özü də 350.000 (üç yüz əlli min)lik zirehli avtomobildə gəzir və Azəriqaza 115 min manat borcu var. Seymur Orucov isə Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli (ətraflı məlumat vermədən, katirovka sorğusu olmadan) keçirir və yerli medianın məlumatına görə, özünə yaxın şirkətlər qalib elan edilir. Dövlət büdcəsindən İcra Hakimiyyətinə ayrılan pullar hara gedir, ay Seymur Orucov. Nə olar o puldan 5-10 manat dul, kimsəsiz qadına versən..? Seymur Orucov, astronomlar deyir ki, göydən yekə bir daş gəlir... O daş rüşvətxor, xalqa xidmət etməyən məmurların başına düşəcək.
P.S. Seymur müəllim birdən Hüquq Mühafizə Orqanlarında çalışan qohumuna bizdən şikayət edərsən aaa... Səsi aparatdan gələr. //gundelik-baku.com//
https://www.dia.az/8/366665-seymur-orucov-sakinlerden-bashqa-her-kesin-xidmetindedir.html
Tarix: 8-02-2023, 22:19