Göyçayda sakinlər NİYƏ ETİRAZA QALXDI? - "Xahiş edirik, dərdimizi çatdırın..."


Göyçay rayon Ulaşılı Şıxlı kəndinin sakinləri etiraza qalxıb.

"DogruXeber.az" bildirir ki, bu barədə sakinlərin özləri tərəfindən lentə alınan görüntülər facebook sosial şəbəkədə yayımlanıb.

Etiraz edən sakinlərin narazılığı kəndin küçələrinin, xüsusilə də məktəb yolunun bərbad halda olmasındandır.

Onlar bildirirlər ki, "3 il əvvəl Vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev fondundan 1 milyon manat pul ayrıldı və kənddə bütün standartlara cavab verən, gözəl məktəb binası inşa edilib. Lakin, məktəbin yolları palçıqlı, çuxurlu olduğundan gediş-gəliş mümkünsüz hala gəlib. Avtomobillər çətinliklə hərəkət edirlər. Yollardakı çuxurlar avtomobillər üçün tez-tez problemlər yaradır."

Həmçinin, sakinlər dəfələrlə Göyçay rayon İcra Hakimiyyətinə və digər aidiyyatı qurumlara müraciət etsələr də, heç bir münasibət bildirilmədiyini deyirlər.



Görüntülərlə bağlı Göyçay rayon rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
//"DogruXeber.az"//
Tarix: 11-02-2023, 12:26
Xəbəri paylaş





Xəbər lenti