06 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ
geniş dağıntılara və insan itkisinə səbəb olmuşdur.Ölkəmizin hər yerində olduğu kimi tərtərlilər də Türkiyədə baş vermiş zəlzələdən ziyan
çəkmiş bölgələrə yardım aksiyasına qoşulublar. Rayoda fəaliyyət göstərən “Vəkiloğlu”
MMC, ayrı-ayrı iş adamları, şəhid anaları, qazilər, müxtəlif təbəqələrdən olan insanlar
zəlzələ baş vermiş bolgəyə qış paltarları, yataq, yorğan, döşək dəstləri, zəruri gigenik
vasitələr və ərzaq yardımları toplayıblar. Toplanan yardımlar bu gün xüsusi ayrılmış
nəqliyyat vasitəsi ilə Tərtərdən Gəncə şəhərində yerləşən Türkiyə Konsulluğuna yola
salınıb.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov yardım toplanan
məntəqədə olub, sakinlərlə görüşüb. Qeyd edib ki, Azərbaycan Türkiyədə baş verən
zəlzələyə ilk reaksiya verənlərdən oldu, həmişəki kimi türk qardaş və bacılarının
yanında olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə
Türkiyəyə həm insanların dağıntılar altından çıxarılnması üçün xilasedicilər, həm də
humanitar yardımlar göndərildi. Yardımsevər xalqımız da könüllü surətdə bu aksiyaya
qoşuldu.
Rayon rəhbəri aksiyaya qoşulan, dili bir, dini bir qardaşlarımıza göstərilən humanitar
yardıma görə hər kəsə öz minnətdarlığını bildirib.
Tarix: 12-02-2023, 11:01