Tərtərlilərin yardımı Gəncə şəhərində yerləşən Türkiyə konsulluğuna təhvil verilib
Tərtər rayonundan Türkiyənin zəlzələdən zərər çəkmiş
bölgələrinə göndərilən humanitar yardım Gəncə şəhərində
yerləşən Türkiyə konsulluğuna təhvil verilib.Yardımı çatdıran şəhid, “Vətən Müharibəsi Qəhrəmanı” Anar
Əliyevin atası Vaqif Əliyev, ”Vətən Müharibəsi Qəhrəmanı” qazi
Azər Abdullazadə və “Azərbaycan Bayrağı” ordenli Elnur
Salahov, Vətən müharibəsi veteranı Xəyyam Hüseynov
konsulluqda qəbul ediliblər. Onlar xatirə kitabına öz ürək sözlərini
yazıblar. Azərbaycan xalqının Türkiyə ilə Ulu Öndərin dediyi kimi
“bir millət, iki dövlət” olduğunu, həmişə--yaxşı gündə də, çətin
məqamlarda da Türkiyənin yanında olduqlarını bildiriblər.
Tərtərli nümayəndələr zəlzələdə halak olan türk qardaş və
bacılarımıza rəhmət, yaralılara tezliklə öz sağlamlıqlarına
qovuşmağı diləyiblər.
Tarix: 12-02-2023, 11:13