Biləsuvar və Ağcabədinin başçıları HƏBS OLUNUR? - ORTADA YEYİNTİ FAKTI VAR...

Biləsuvar və Ağcabədinin başçıları HƏBS OLUNUR?
Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Biləsuvar və Ağcabədi Rayon İcra Hakimiyyətlərində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar edib.

DİA.AZ bildirir ki, bu barədə "APA-Economics"ə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. Nəticədə 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub.
Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Tarix: 13-02-2023, 17:17
Xəbəri paylaş





Xəbər lenti